"Lənkəranski"nin qətli - "Ded Xasan"ın yoxsa "göyərti kralı"nın intiqamı?

  • 06 yan 2017, 10:12

"Lənkəranski"ni mən öldümüşəm" deyən "Rəşad Gəncinski"yə "qanunu oğru" adını "Ded Xasan"ın yaxın qohumu veribmiş

 


Məşhur kriminal avtoritet "Rövşən Lənkəranski”nin qətli ilə bağlı yeni nüanslar ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə "Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə "o biri dünyaya göndərdiklərini” deyib. 

"Rəşad Gəncinski” bildirib ki, "Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

Cambulat Şamiloğlunun güllələnməsi işinin istintaqının gedişi zamanı müəyyən olunub ki, bu işi R. Canıyevin qruplaşmasından olan iki killer həyata keçirib. Habelə məlum olub ki, Cambulatın öldürülməsi əmrini onunla münaqişədə olan "Lənkəranski” şəxsən verib.  
Canbulat Şamiloğlu 2016-cı ilin 16 martında  Moskvada, "Slavyan bulvarı” ünvanında yerləşən evinin qabağında qətlə yetirilib. C. Şamiloğlu Rusiya paytaxtına gətirilən topdansatış göy-göyərti biznesinə sahib idi. R.Canıyev və Canbulat arasında münaqişənin Moskva regionunun ən böyük topdansatış göyərti bazası üstündə başlandığı məlum idi. Amma Rusiya hüquq-mühafizə orqanları Canbulatın Rövşənin sifarişi ilə öldürülməsi versiyasını  birmənalı təsdiq etmirdilər. Hətta bildirilirdi ki, "Lənkəranski” ilə münaqişədən istifadə edənlər Canbulatı aradan götürərək bu işi Canıyevə yönəldiblər. 

Rəşad Gəncinski 1978-ci il martın 16-da Gəncədə anadan olub. 2013-cü il fevralın 11-də Moskva vilayətində keçirilən "sxodka”da "qanuni oğru” adını alıb. 2010-cu il sentyabrın 17-də 1 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda azadlıqdadır. "Rosbalt” bir müddət əvvəl  məşhur azərbaycanlı kriminal avtoritet "Lotu Quli” (Nadir Səlifov) və "Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanovun qruplaşmalarının birləşməsi barədə yazmış, "Rəşad Gəncinski”nin də onlara qoşulduğunu xəbər vermişdi.  Bildirilirdi ki,  "Rəşad Gəncinski” Moskvada iri ticarət mərkəzlərinə və topdansatış bazalarına malik olan iri azərbaycanlı biznesmenlərlə yaxın əlaqələrə malikdir.

Image result for Rəşad Gəncinski

Onunla bağlı məlumatlarda "qanuni oğru”adını bir il əvvəl ölən "Timur Sverdlovski” ləqəbli Timur Mirzoyevin  xeyir-duası ilə alması diqqət çəkir. "Timur Sverdlovski”  milliyyətcə yezidi kürd idi. O, 2012-ci ildə öldürülən məşhur kriminal avtoritet, "Ded Xasan” ləqəbli Aslan Usoyanın qohumu idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşmasına "Timur Sverdlovski” başçılıq edirdi. "Timur Sverdlovski”nin qruplaşmasında əsasən azərbaycanlı, kürd və gürcü kriminal avtoritetlər cəmləşmişdi. 

Timur  kriminal aləmdə "Ded Xasan”  qədər məşhur olmasa da, 2012-ci ildə ABŞ prezidenti Barak Obamanın imzaladığı fərmanda onun da adı yer alırdı.
Həmin il ABŞ-ın Maliyyə Nazirliyi postsovet "bratva”sının 4 üzvünə qarşı sanksiyalar tətbiq edib. Onların arasında "Ded Xasan”ın Sverdlovsk vilayəti üzrə "smotryayişisi” olan Timur Mirzoyev da yer alırdı.

Xatırladaq ki, "Lənkəranski” ötən il avqustun 18-də İstanbulda güllələnib. 

"YM” 

Oxşar xəbərlər