"Reina" terrorçusunun həyat yoldaşı istintaqa ifadə verib

  • 03 yan 2017, 15:04

İstanbulda gecə klubunda terror hadisəsi törətməkdə şübhəli bilinən şəxsin həyat yoldaşının ilkin ifadəsi açıqlanıb.

 

APA-nın "Hürriyyet”ə istinadən verdiyi məlumata görə, həmin şəxsin arvadı və iki övladı ilə birlikdə noyabrın 20-də təyyərə ilə İstanbula gəldiyi məlum olub.

 

Qadın ifadəsində terror hadisəsindən televiziya vasitəsi ilə xəbər tutduğunu, ərinin İŞİD-lə əlaqəsindən xəbərsiz olduğunu deyib.

 

Həmin şəxsin ailəsi ilə birlikdə noyabr ayında Qırğızıstandan İstanbula, oradan Konyaya getdiyi bildirilir. Onun Konyada ev kirayələdiyi və oraya iş tapmaq üçün getdiyi ehtimal olunur.

 

 Xatırladaq ki, İstanbulda "Reina” gecə klubunda terror hadisəsini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub və onun ailə üzvləri polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hadisəni törədən şəxsin uyğur türkü olduğu, ötən il noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəldiyi bildirilir. Onun görüntüləri də yayımlanıb.

 

Terrorçunun diqqət çəkməmək üçün həyat yoldaşı və iki uşağını da özü ilə gətirdiyi bildirilir.

 

 Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya, İsrail, Rusiya vətəndaşları var.  

 

Oxşar xəbərlər