İstanbuldakı terrorçunun ailəsi saxlanıldı - FOTO

  • 03 yan 2017, 11:21

İstanbulda "Reina” gecə klubuna hücum edən şəxs 2016-cı ilin noyabr ayında Konyaya gəlibmiş. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,  bu barədə hüquq  mühafizə orqanları məlumat verib. Başqa bir məlumatda isə bildirilir ki, artıq terrorçunun  ailəsi polislər tərəfindən saxlanılıb.

Bu şəxsin uyğur türkü olması barədə də məlumatlar var. Terrorçu Türkiyəyə həyat yoldaşı və iki uşağını da özü ilə birgə gəlib. Bunu isə diqqət cəlb etməmək üçün edildiyi qeyd olunur.

"Reina” gecə klubuna hücum edən şəxs hələ də yaxalanmayıb. Axtarışlar davam edir. Xatırladaq ki,  bayram gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edilib.  Nəticədə 39 nəfər həlak olub. Onlardan 16-sı xarici vətəndaş idi.

Demokratik.Az

Oxşar xəbərlər