Arvadı Mustafa Dənizlidən 5 milyon tələb edir

  • 03 yan 2017, 11:19

Tanınmış türkiyəli futbol məşqçisi Mustafa Dənizli həyat yoldaşı Evin Elçi ilə aralarında yaranmış problemin detallarını açıqlayıb. Lent.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, 6 il əvvəl evləndiyi Evin Elçidən boşanmaq istədiyini deyən təcrübəli mütəxəssis qadının atası və qohumları tərəfindən təhdid edildiyini deyib: "Evin birdən-birə yoxa çıxdı. Məni tərk edib getdi. Sonra yenidən peydə olub evimə basqın etdi, xadiməni zorla bayıra çıxarmaq istədi. Daha sonra qayınatam da gəldi və məni təhdid etdilər. Onlar boşanmaq üçün 5 milyon lirə tələb edirlər". Mustaf Dənizli deyib ki, qarşı tərəfin istədiyi pulu ödəmək niyyətində deyil, çünki xanımı özü onu tərk edib: "Həmçinin qayınatamın evə necə basqın etməsini əks etdirən videoları polisə təqdim etmişəm. Heç bir qəbahətim olmasa da, hücuma məruz qalmışam. Evin Elçinin və qohumlarının cəzalandırılmasını tələb edirəm".

Oxşar xəbərlər