Əhməd Oruc: "Müstəqil mətbuat qalmayıb"

  • 03 yan 2017, 11:05

Azadlıq Partiyasının sədri Əhməd Orucun  sosial şəbəkədə paylaşdığı statusu olduğu kimi  təqdim edirik. 

 

Əziz dostlar, hər birinizi həmrəylik və yeni il bayramı münasibətilə bir daha təbrik edirəm. 

 
Bu il sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərmək qərarına gəlmişəm. Bunun  3 əsas  səbəbi var. Əvvala ona görə ki, fikirlərimi ictimai rəyə çatdırmaq üçün demək olar ki, müstəqil mətbuat qalmayıb. Mətbuatın 99 faizi  Prezident  Adminstrasiyası  tərəfindən idarə olunur, qalan 1 faiz  xarici dəstəkli mətbuatın sahibləri milli xəttiin həmişə əleyhinə olublar. İkincisi sosial şəbəkələrin ictimai rəyin formalaşmasında təsiri hər gün artmaqdadır. Üçüncüsü milli hərəkatdan gəlmiş, son zamanlar KİV-ə və QHT-lərə dəstək fondlarından asılı vəziyyətə düşmüş dəyərli dostlarımız öz vəziyyətlərindən qaynaqlanan nihilist, pessimist bir mövqeni ictimai rəyə daşımaqdadır. Hesab edirəm ki, bu qətiyyən doğru deyil, biz arzuladıqlarımızı əldə edə biməsək də, bir millət kimi istədiyimizi  reallaşdırmaq şansını tarix bizə tanıyıb. Bu şansı dəyərləndirmək və istəklərimizi reallaşdırmaq istiqamətində səyləri birləşdirmək lazımdı. Pessimizmin heç bir halda bir qara qəpiklik qiyməti yoxdur. Bu istiqamətdə istənilən polemikaya hazıram.

Demokratik.Az

Oxşar xəbərlər