2016-cı ilin ən pis məmuru - Cəlilabada biznes sahəsi kimi baxan Əziz Əzizov
Başa vurduğumuz 2016-cı il Azərbaycan üçün çox ağır
bir il oldu. Belə ki, dünya bazarında neftin ucuzlaşması fonunda ölkə
iqtisadiyyatı zəiflədi və dövlət büdcəsinin gəlir və xərcləri azaldı. Hakimiyyətə
də aydın oldu ki, ölkənin kənd təsərrufatı başda olmaqla bir çox sahələr
tamamilə sıradan çıxarılıb. Dövlət başçısı İlham Əliyevin iqtisadiiyatda artıma
nail olmaq üçün verdiyi ardıcıl fərman və sərəncamlar da prezidentin mövcud vəziyyətin
fərqində olduğunu göstərdi.
Bu yazımızda ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biri olan və SSRİ
vaxtı Azərbaycanın Ukraynası adlandırılan Cəlilabaddakı vəziyyəti araşdırmağa
çalışacağıq. Qeyd edək ki, Cəlilabad potensialı ilə ölkənin buğda başda olmaqla
digər strateji kənd təsərrüfatı məhsulları ilə təmin edə bilən rayonlardan
biridir. Amma təəssüf ki, hazırda Cəlilabad bir qrup məmur oliqarxın nəzarətində
olduğundan böyük torpaq sahələri zəbt edilib və rayonun təsərrüfat sahələri
sıradan çıxarlıb. Fakt budur ki, Azərbaycandakı yüksək çinli məmurlar onlara
tabe olan nazirlik və komitələrdən başqa rayonlara da nəzarəti həyata keçirirlər.
Aparılan abadlıq və quruculu işlərinə, rayonlardakı problemlərin yuxarı dairələrə
çatdırılmasında və həllində böyük dəstək verirlər. Bir sözlə, rayondakı vəziyyətə
cavabdehlik daşıyırlar.
Cəlilabad da məmurlardan birinin, daha doğrusu, Əmlak Məsələləri Dövlət Komitəsinin
sədri Kərəm Həsənovun nəzarətindədir. Kərəm Həsənov əslən cəlilabadlıdır və bu
rayonun problemlərini, insanlarını yaxşı tanıdığı üçün rayon onun nəzarətinə
verilib. Rayonun icra başçısı isə 10 ildir bu vəzifdə çalışan Əziz Əzizovdur.
Hansı Əziz Əzizov bir dövlət məmurundan daha çox cəmiyyətdə və media camiəsində
biznesmen kimi tanınır. Onun rayona rəhbbərlik etdiyi dövr ərzində Cəlilabadın
sosial-iqtisadi göstəriciləri pisləşmiş və rayon sakinlətindən yuxarı dairələrə
şikayətlər artmağa başladı.
İlk olaraq Cəlilabad rayonunu bu vəziyyətə gətriməkdə böyük "tövhə"si
olan Əziz Əzizovun kimliyinə nəzər salaq.
Dosye: Əzizov Əziz İmran oğlu – Cəlilabad Rayonu İcra Hakimiyyətinin Başçısı
09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına
Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan
Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var.
15.08.1985 – 16.01.1986 – Tramvay parkında xətt sahəsi təmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin
icra edən,
19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin
rəisi,
09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi
üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
08.08.2006 – h/h Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı.
Bakı şəhər Nəqliyyat Departamentinin idarə rəisliyindən sahibkara qədər…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 avqust 2006-cı il
tarixli 1595 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Cəlilabad Rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Diqqət etdinizsə, Əziz
Əzizovun icra başçısı postuna təyinatına kimi yüksək vəzifəsi olmayıb. Ən böyük
vəzifə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis
postu olub ki, bu da nəqliyyat sektorunda yüksək vəzifə hesaab olunmur.
Daha sonra və ən əsası ömür böyu heç bir dövlət qurumunda yüksək post tuta bilməyən
Əziz Əzizov sahibkarlıq fəaliyyətinə başlayıb. Ümümiyyətlə, Azərbaycanda,
2006-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq o qədər də asan
deyildi. Əsasən Rüsiyadan gələn və əli milyonlarla oynayanlar Əziz Əzizov kimi
sahibkarlara imkan verməzdi. Amma, di gəl ki, Ə.Əzizov Bakı şəhər Nəqliyyat
Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postundan imtina edib gözlənilmədən
sahibkar olub.
Necə? Kimin dəstəyi ilə? Dövlət işində işləyə-işləyə necə sahibkar olmaq olar?
Aldığı əmək haqqı ilə həm dolanmaq həm də sahibkar olmaz mümkündürmü?
Və daha böyük vəzifə – Cəlilabadın icra başçısı…
Daha böyük vəzifə və daha böyük məsuliyyət… Sahibkarların çox maraqlı bir sözü
var. Sahibkar hansı postu tututrsa tutsun, bütün fəaliyyətini sahibkarlığa yönəldəcək.
Cünki onun istəyi məqsədi pul qazanmağa istiqamətlənib. Görünür, Əziz Əzizov da
köhnə sahibkar peşəsini unutmasq istəmir və icra başçısı olduğu rayona – Cəlilabada
öz biznesi kimi baxır.
Bu gün kifayət qədər imkanlı icra başçıları sırasında Əziz Əzizovun da adını
yanaşı çəkmək olar. Onun, Cəlilabadda və Neftçalada kifayət qədər biznesi
mövcuddur və deyək ki, o bu biznesi Cəlilabaddan yaxşı idarə edir. Cünki,
sahibkardır.
Komitə sədri ilə ortaq biznes
Ə.Əzizovun Kərəm Həsənovla ciddi biznes əlaqələrində olduğu da daxil olan xəbərlər
arasındadır. Belə ki, Cəlilabadda üzüm sahələri, restoranlardan tutmuş Bakıdakı
bir çox iri obyektlər bu iki şəxsin ortaq biznesinə daxildir. Bu siyahıda
xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki,
bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də
kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru
olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür. Və bu səbəbdən də
maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib. «Baku Mall»ın
ikinci şəriki isə Cəlilabadın icra başçısı Əziz Əzizovdur. Qeyd edilir ki, Qələbə
Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan
«Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra
başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay
ayrılıb.
Onu da bildirək ki, bir qədər əvvəl Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək»
üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın
Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə
olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir.
Həmin bank filialının həmçinin Cəlilabadın icra başçısı Əziz Əzizovun da
pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır
ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı
vasitəsi ilə reallaşdırıldığı iddia edilir.
Kitayski” alkopanlar sənədlərdə necə "turetski” olur?
Qeyd edək ki, 2 ilə yaxın müddətdə Cəlilabad rayonunda abadlıq işləri aparılır.
Bu abadlıq işləri də birbaşa Əziz Əzizovun şəxsi biznesini inkişaf etdirir.
Burada ciddi maxinasiyaların olduğu deyilir. Məlumata görə, Cəlilabad rayonunda
və Alar kəndində bütün obyektlətin fasadı alkopan örtüyü ilə üzlənib. Bu
alkopan materiallarının 1 kvadratının ümumi montajının real qiyməti 33-38 manat
arası olsa da Əziz Əzizovun göstərişi ilə sənədlərdə bu materiallar Türkiyə
istehsalı olmağı göstərilməklə yanaşı 80-90 manata rəsmiləşdirilib.
Başçının "lesa”larını oğurlayıblar?
Mediada yayılan məlumatlara görə, bundan əlavə olaraq rayonda görülən bu işlərin
ümumi həcmi fantastik dərəcədə şişirdilib. Məsələnin ən maraqlı tərəfi isə rayondakı
obyektlərin fasadları zamanı istifadə olunan bütün "lesa”ların (dəmir
ayaqaltılar) Əziz Əzizova məxsus olduğu deyilir. Əziz Əzizovun şəxsi mülkiyyətində
olan bu "lesa”lar abadlıq işlərinin aparılması üçün Cəlilabad RİH-nə kirayəyə
verilibdir. Hətta məlumatda deyilir ki, ötən il "lesa”larının müəyyən hissəsinin
ustalar tərəfindən oğurlandığından şübhələnən RİH-nin başçısı özü yaxın "əyan-əşrəfi”
ilə rayonun küçələrini gəzərək "lesa”larını axtarırmış.
Qeyd edək ki, on illik fəaliyyəti dövründə Əziz Əzizov Cəlilabadda özünə bir
neçə obyekt tikdirib. Topdansatış mərkəzlərinə sahib olan başçı idarə və müəssisələri
öz obyektindən alver etməyə məcbur edir. Bundan başqa Cəlilabadda fəaliyyət
göstərən "Ülvi” şadlıq evinin də Əziz Əzizova məxsus olduğu deyilir.
Rayonun rəhbər vəzifələri şəxsləri isə övladlarına bu şadlıq evində toy edərək
başçının xoşuna gəlməyə çalışırlar.
Məlumata görə, Cəlilabad sahibkarlarının böyük əksəriyyəti Əziz Əzizovun
abadlıq "siyasət”inə qurban gedərək böyük məbləğlərdə banklardan kredit
götürüblər. İndi kreditlərini ödəyə bilməyən sahibkarlar sürətlə müflisləşirlər.
Cəlilabad gənclərinin əksəriyyəti bir tikə çörək ucbatından Rusiyanın ən uzaq
nöqtələrinədək səpələniblər. Əziz əzizovla bağlı bütün bunlardan əlavə olaraq
redaksiyamıza sensasiya sayılacaq bir məlumat da daxil olub.
Məlumatda deyilir ki, rayon əhalisinin mütləq əksəriyyətinin dini inancı islam
dini- şiə məzhəbi olmağına baxmayaraq son zamanlar rayonda saqqallı şəxslərin-
vəhhabilərin sayı durmadan artır. Cəmiyyətin ənənəvi baxışlarına fərqli və təhqiramiz
münasibət sərgiləyən bu şəxslərə qarşı rayon rəhbərliyi heç bir profilaktik
addımlar atmır.
Əziz Əzizovun şərikli tikinti biznesi
Digər ilginc məlumata görə Cəlilabad RİH-nin başçısı Əziz Əzizov paytaxt Başı şəhərində
də tikinti biznesi ilə məşğul olur. Belə ki, iddiaya görə Əziz Əzizov tikinti
sektoruna sərmayəni yaxın qohumu (bibisi oğlu) Pərvin Əliyevin əli ilə yatırıb.
Ötən ilə kimi "AAAF İnşaat” MMC-nin direktoru vəzifəsində işləyən Pərvin
Əliyev deyilənə görə, dayısı oğlu olan Əziz Əzizovun külli miqdarda vəsaitini
burada daşınmaz əmlaka çevirə bilib. Radikal dini təriqət üzvləri ilə əlaqəsi
olduğu deyilən (bu barədə ötən il yerli mətbuatda kifayət qədər yazılıb) Pərvin
Əliyev sonradan "AAAF İnşaat” MMC-nin direktoru vəzifəsindən
uzaqlaşdırıldı. Ancaq bununla belə adıçəkilən kompleksdə Pərvin Əliyevlə Əziz
Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli
olanı isə "AAAF Park”ın girişində fəaliyyət göstərən "makromart”
univermağıdır.
Bu baxımdan 10 il müddətinə Azərbaycanın ən böyük kənd təsərrüfatı Cəlilabad
rayonuna rəhbərlik edən Əziz Əzizovu ölkənin ən pis məmuru da saymaq olar.
Növbəti yazımızda Cəlilabad rayonun sosial-iqtisadi göstəricilərin konkret
hansı səbəblərdən pişləşməsi barədə geniş məlumat verəcəyik.
Telman Məmmədov
AzToday.az