İŞİD İstanbuldakı terror aktını üzərinə götürüb

  • 02 yan 2017, 12:49
İŞİD terror qruplaşması İstanbulda "Reina” gecə klubunda baş vermiş terror aktının məsuliyyətini üzərinə götürüb.
 

 

APA-nın məlumatına görə, bu barədə "Röyters” agentliyinin yaydığı xəbərdə deyilir.
 
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs gecə klubuna daxil olaraq atəş açıb. 

Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Ölənlər arasında 16 əcnəbi olub.
 
Demokratik.Az
Oxşar xəbərlər