Akademikdən ŞOK iddia: “İstanbulda baş vermiş terror aktı ABŞ MKİ-nin Ərdoğana cavabıdır”

  • 02 yan 2017, 12:28

 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin  rəhbəri, Doktor Həsən Oqtay İstanbul Ortaköydə baş vermiş terror aktının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana cavabı olduğu iddia edib. 

Demokratik.Az Avropa.İnfo-ya istənadən bildirir ki, Ərdoğanın  İŞİD-lə bağlı ABŞ-ı ittiham etdiyini xatırladan türk akademik, dünyanın sürətlə xaosa doğru irəlilədiyini deyib.

"Ərdoğan bu yaxınlarda İŞİD  terror təşkilatı məsələsində Vaşinqtonu günahlandırdı. Bu açıqlamaların ardından MKİ-nin cavabı gecikmədi. 20 yanvar tarixinə qədər ABŞ rəhbərliyi bu cür addımlar atacaq  və gözlədiyi nəticə almasa yeni prezident Donald Trampı da bu cür addımlar atmağa məcbur edəcəklər. Dünya sürətlə xaosa sürüklənir. Ərdoğanın simasında Türkiyəni hədəfə alanlar  bunu bacarmayacaqlar. Kayseri hücumu ilə türk-kürd müharibəsi çıxartmaq istədilər , amma heç də uğurlu olmadı. HDP-çilərə sui-qəsdlər olacaqdı, hökumət tədbir alaraq onları nəzarət altına aldı. İndi isə laik-liberal-solcu-qərbçi qrupları Ərdoğan düşmənçiliyi ətrafında birləşdirmək üçün Reina əməliyyatını keçirdilər. Eyni zamanda da Ərdoğana cavab vermiş oldular”. 

Akademikin fikirincə, terror aktlarının baş qayəsi Türkiyəni Suriyaya çevirmək  cəhdidir. 

"Ərdoğanın beynəlxalq uğurunu sıfırlayıb rəzil etməyi qarşılarına məqsəd qoyublar. Kayseridəki terror aktı  Türkiyədə artıq yeni dövrün başlanğıcının xəbəridir. Türkiyənin təhlükəsizlik qayğısı və hissi artıq dəyişmişdir. Ölkəni  daxili  savaşa sürükləyərək Türkiyədən intiqam almaq istəyənlər fəaliyyətlərini bir az da artıracaqlar. Bu fəaliyyətlərini Ərdoğan düşmənçiliyi  üzərində artıraraq əsas məqsədlərini örtməyə çalışacaqlar. Biz bilirik ki, Ərdoğan düşmənçiliyi bir maskadır, əsas qayələri Ərdoğan üzərindən Türkiyə ilə hesablaşmaqdır . Bunun üçün Avropa başda olmaq üzrə bütün dünyaya sərt tənqidlərini ünvanlayan Ərdoğana düşmənçiliklərini daha da artıracaqlar. Ərdoğanı öldürməkdən çox onu Müəmmər Qəddafi və Səddam Hüseynin vəziyyətinə salmaq istəyirlər. Beləliklə, Ərdoğandan və onun şəxsi üzərindən Türkiyə ilə hesablaşmaq istəyirlər. Bu məqsədlə Ərdoğana süi-qəsd deyil, Ərdoğan düşmənçiliyini möhkəmləndirəcək aktları həyata keçirə bilərlər” deyə doktor Həsən Oktay qeyd edib.

Demokratik.Az

Oxşar xəbərlər