FHN əməkdaşlarına mənzil verildi - FOTO

  • 31 dek 2016, 16:34

Bu gün Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq Bakının Xəzər rayonunun Türkan qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş hər biri 5 mərtəbəli, 40 mənzilli 2 yaşayış binası istifadəyə verilib.

 

 

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.
 

 

Mərasimdə çıxış edən Etibar Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, belə bir əlamətdar günlərdə yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırıb. 


Sonra Faiq Tağı-zadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
 

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan, lazımi mebel avadanlıqları ilə təchiz olunmuş yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.

Oxşar xəbərlər