FHN dənizdə iki balıqçını batmaqdan xilas etdi

  • 31 dek 2016, 10:58
 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin Abşeron rayonu, Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması haqqında məlumat daxil olub.

FHN-dən Lent.az-a bildirilib ki, qayıqda olan 2 balıqçının küləkli hava şəraitində  köməksiz vəziyyətdə (batma təhlükəsi) qalıb. Dərhal əraziyə FHN-nin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində  balıqçılar xilas ediliblər. Əməliyyat saat 16:55-də başa çatıb.

 

Oxşar xəbərlər