Erməni mediası “saç yolur, üz cırır”

  • 30 dek 2016, 19:15
Ermənistan ordusunun sərhəddə törətdiyi təxribatdan sonra ermənilər sözün əsl mənasında mərəkə qoparıb.

Erməni mətbuatı, xüsusilə müxalif yönümlü,  millətçi-şovinist nəşrlərin verdiyi manşetlər, təhlil xarakterli yazılar, məqalələr, necə deyərlər, özləri üçün cəbhədə istifadə edilən topu, avtomatı, hətta "İsgəndər” raketlərini əvəz edir.

Musavat.com olaraq onların bəzilərini diqqətinizə çatdırır.

Akop Badalyan: "Əliyev Putindən siqnalı qəbul etdi”- yazarın məqaləsinin başlığı belədir.

"Budur, Tavuşda, Ermənistan sərhədində diversiya törədilib. Hərçənd Qarabağ da şübhəsiz ki, Ermənistan sayılır.

Akop Badalyan

Özü də "diversiya” KTMT-nin Sankt-Peterburq sammitindən bir neçə gün sonra baş verir. Bu sammitdə də Ermənistan nümayəndəsinin KTMT baş katibi seçilməsi məsələsi təxirə salındı. Bunun kimə sərf etdiyi bilinməsə də, bir məsələyə aydınlıq gəlib: Növbəti dəfə (Badalyan aprel döyüşlərini də Ermənistana edilən hücum sayır-red.)  KTMT üzvü olan bir ölkəyə təcavüz həyata keçirlib və növbəti dəfə KTMT-nin Ermənistan üçün "əhəmiyyəti” ortaya çıxıb.

Biz bununla bağlı çoxdandır illüziyalara qapılmırıq. Eyni zamanda İlham Əliyev bütün "sülhpərvər” illüziyaları dağıtmaqla sübut edir ki, Ermənistanda "müharibə və ya sülh” diskursu ola bilməz. Ermənistanda yalnız düşməni sülhə məcbur etmək tədbirlərindən danşmaq olar.

Digər analitik Aram Amatuninin "Əlyev Levon Ter-Petrosyanın fikri ilə razılaşıb: o bizə başqa seçim buraxmır” yazısı da bu qəbildəndir.

"Azərbaycan tərəfdən həyata keçrilən növbəti diversiya Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Erməni Milli Konqresinin qurultayındakı məşhur çıxışı ilə üst-üstə düşür. 

Xatırladaq ki, Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həlli variantından və kompromislərdən söhbət acımışdı. Keçmiş prezident əks halda Ermənistanın daha da zəifləyəcəyini və daha pis şərtlərdə sülhə gedəcəyini bildirmişdi.
 
Tavuşdan sonra Emrənistan bu tip müzakirələrə yol verə bilməz. 

Ermənistanda yalnız hərtərəfli və tam həcmli müdafiə cəbhəsinin qurulmasından danışıla bilər.

Ermənistanın müharibə və ya sülh kimi vəzifəsi yoxdur. Azərbaycan rəhbərliyi Ermənistana bu imkanı vermir. Azərbaycan rəhbərliyi sayəsində Ermənistanın nöqteyi-nəzərindən sülh və atəşkəs sinonim olmaqdan çıxacaq. Azərbaycan sülh üçün heç bir variant buraxmır, əksinə, həmişə müharibəyə hazırlaşmağa məcbur edir.

Bu ən yaxşı variant deyil, qətiyyən arzuolunmaz variantdır. Lakin bu qaçılmaz variant, yeganə variantıdr.

Belə olan halda Ermənistan KTMT-dəki kağız üstündəki müttəfiqlərindənsə maraqlarının tam olaraq üst-üstə düşdüyü müttəfiqlər axtarmalıdır.

Ermənistanın "Məlumatlı vətəndaşlar birliyi” təşkilatında olan Vaqe Qukasyan isə "KTMT ümumiyyətlə mövcuddurmu” yazısı ilə hərbi quruma od püskürüb.

 Məqalə Ermənistanın KTMT-dəki müttəfiqlərinin vəfasızılığından şikayətlə doludur.

Yazıda Ermənistanın Rusiya ilə birləşmiş ordu qrupları yaratmasından, vahid hava müdafiə sisteminin qurulmasından tutmuş Lukaşenko və Roqozinin son Bakı ziyarətlərinə və habelə  KTMT-nin erməni baş katibin  seçkisinin baş tutmamasına qədər hər cür faktlar sadalanıb.
Yazıda (yuxarıda göstərilən yazılarda olduğu kimi) KTMT-nin müttəfiqi Ermənistanı müdafiə etməkdənsə daha çox Azərbaycanın tərəfini tutduğu iddia edilir.

"Son diversiya onu göstərir ki, Bakının nə KTMT, nə birləşmiş ordu qrupları, nə vahid HHM sistemləri, nə də Ermənistanın müttəfiqləri  vecinə deyil”. 

Məqalədə Bordyujanın son insidentlə bağlı ifadələrdən narazılıq ifadə olunur. Müəllifin fikrincə, Bordyuja bəyanatında insidentə görə Bakını ittiham etməyib və sadəcə narahatlığını bildirməklə kifayətlənib.

Vaqif Hüseyn,
Oxşar xəbərlər