Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:53 - 18.11.2018  
“Tağı Əhmədov həbs olunacağından qorxub...”
Tarix: 30-12-2016, 19:09 | Bölmə: ---

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov cinayət işi üzrə ifadə verib.

“Tağı Əhmədov həbs olunacağından qorxub...”"Report”un əldə etdiyi məlumata görə, o, ifadəsində göstərib ki, 2014-cü ildə MTN-in 3-cü idarəsinin rəis müavini vəzifəsində işləyərkən və Tağı Əhmədov Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunmazdan qabaq nazirliyin 6-cı Baş İdarəsinin 2-ci idarəsində metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı siqnal materialı və ya əməliyyat-qeydiyyat işi olub.

S.Məmmədov dindirilərkən özü 3-cü idarədə işlədiyindən həmin materialın ona hər hansı aidiyyəti olmadığını, T.Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarovun verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilərək əməliyyat-texniki tədbirlər davam etdirilib: "Akif Çovdarov Rəsul Rəsulova Tağı Əhmədovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı ayrıca qüvvə ayrılmasını və neft idarəsindən də (3-cü idarə) əməkdaşların tədbirə cəlb olunmaları barədə göstəriş verdi. Tədbirlə əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektlərinin sahibləri, bir sıra metropoliten işçiləri MTN-in Komendaturasına çağırılaraq, əməkdaşlar tərəfindən izahatları alınıb. Mən Akif Çovdarovun tapşırığı ilə izahatların düzgün tərtib olunmasına nəzarət etmişəm, amma izahat alınması prosesində iştirak etməmişəm. Bütün bu prosesə isə idarə rəisi Rəsul Rəsulov başçılıq edib. Proses barədə Akif Çovdarova məruzə edilib, araşdırma zamanı alınmış izahatlardan məlum oldu ki, metropolitendəki ticarət müəssisələrindən əldə oluna vəsait mənimsənilib. Akif Çovdarov mənə də etibar etdiyi üçün özümə olmayan məsələlər haqqında da danışdı və onun danışığından bildim ki, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub məsuliyyətdən yaxa qurtarmaq üçün rəhbərliyə çıxış axtarıb".

S.Məmmədov bildirib ki, T.Əhmədov nazirlə əlaqə saxlaya bilmədiyi üçün MTN əməkdaşı Tural Rzayevə müraciət edib: "Tural Rzayev isə məsələnin həllinin onun səlahiyyətində olmadığını dediyi üçün Tağı Əhmədov Rəsul Rəsulova müraciət etdi. Bundan sonra eşitdim ki, Akif Çovdarov Tağı Əhmədovun məhkəmədə işləməyən oğlu ilə Bakı şəhərində Ordu İdman Klubunun qarşısında görüşüb. Akif Çovdarov onun oğlundan 1 milyon ABŞ dollar pul alıb. Bundan sonra o, Tağı Əhmədovla bağlı tədbirləri dayandırıb. 2015-ci ilin oktyabr ayının 17-də nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov Rəsul Rəsulova zəng edərək pulunu tələb etdi. Rəsul bu barədə onun yanında Akif Çovdarova məruzə edərkən o, "mənim Tağıya verməyə 3 milyon ABŞ dollar pulum yoxdur” sözlərini dedi. Həmin zaman Akif Çovdarovun Tağı Əhmədovdan 1 milyon ABŞ dollar deyil, 3 milyon ABŞ dollar pul aldığını bildim".

O, həmçinin ifadəsində göstərib ki, nə Orxan Osmanova, nə Tural Rzayevə, nə də başqa bir əməkdaşa T.Əhmədovla bağlı məsələ üzrə kimdənsə izahat almağa dair hər hansı göstəriş verməyib: "Kimdənsə izahat alınması prosesində iştirak etməmişəm, o cümlədən Tağı Əhmədovun metropolitendə ticarətlə məşğul olan qardaşı oğlu Əhmədov Şövqi Xeyrulla oğlu və tanışı Tağıyev Elşən Namiq oğluna metropolitendə olan ticarət obyektlərinin gəlirləri barədə suallar verməmişəm. Amma nazirlikdə gedən ümumi söhbət zamanı eşitdim ki, MTN-ə gətirilən Tağı Əhmədovun hansısa oğlunun tanışı və qardaşı oğlu döyülüb. Onların konkret kimin tərəfindən və kimin göstərişi ilə döyülməsini isə bilmirəm". 

Xəbər 2229 dəfə oxunub






Oxşar xəbərlər

Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14609] initstartout [0.00017] initstartin [0.00096] calstart [0.01382] calend [0.00080] topnewsend [0.00744] rsssend [0.00000] ehgend [0.01912] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10304]