Deputatın milyonluq villası və 55 min borcu var

  • 29 dek 2016, 10:42

Jurnalist Mehman Hüseynov daha bir deputatın villasını çəkib. Amma bu dəfə bir az fərqli olub. Belə ki, Milli məclisin deputatı Mirzəcan Xəlilovun dəbdəbəli villasını çəkmək üçün jurnalistə həmin villada çalışmış fəhlələr, zəhmətkeş insanlar müraciət edib. Səbəb isə, milyonluq villaya sahib olan deputatın 20 ailəyə-fəhlələrə, ustalara olan 55 minlik pul borcu olması, həmin pul borcunu verməkdən imtina etməsidir. Bir sözlə, Sumqayıtın deputatı heç bir səbəb açıqlamadan fəhlələrə 55 min manat pul atıb. Bu barədə usta-briqadir Zülfüqar Əliyev danışıb:

"9 ay 20 nəfər fəhlə ilə gecə-gündüz oranı işlədik, axırda da 55 min manat zəhmət haqqımızıala bilmədik”

Demokratik.Az 

Oxşar xəbərlər