Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:21 - 21.05.2018  
Adam döyən, "otxod", təsadüfi mandat — Üç deputat haqqında bir yazı
Tarix: 27-12-2016, 17:02 | Bölmə: ---

Adam döyən, "otxod", təsadüfi mandat — Üç deputat haqqında bir yazı

 Azər Həsrət
Biri sadə zəhmət adamını döyür, bir başqası bir parça çörəkdən ötrü cəlayi-vətən olanları "atıntı” adlandırır. Üçüncü birisi isə təsadüfən gənc yaşında parlament üzvü olur, adamın salamını almır.

 

Bütün bunlar deputatlarımız haqqındadır. Və təəssüf ki, onlar haqqında bilgimiz belə məsələlərdən uzağa getmir…

Sırasıyla

Erməni tapdağındakı gözəl yurd yerimiz Cəbrayıldan olan deputat Astan Şahverdiyev bir neçə gün öncə hay-küylə gündəmə gəldi. Heç bir prinsipial məsələdə sözünü eşitmədiyimiz, Azərbaycan dövlətinə və dövlətçiliyinə hansısa faydası haqqında heç bir bilgimiz olmayan bu deputat ən adi sosial problemlərini həll etmək üçün səsini qaldırmış insanları – öz yerliləri olan qaçqınları "nəşəxor” elan etdi. Hələ bir az da irəli gedərək Rusiyada yaşayan və işləyən Azərbaycanlıları ucdantutma "atıntı” adlandırdı…

Ayıb olmadımı? Oldu təbii ki. Ona görə də həm hakimiyyət, həm də müxalifət cəbhəsindən səslər yüksəldi, bu deputata millətcə yeri göstərildi. Ümid və arzu edirik ki, ona həm də qanun və Milli Məclisin uyğun qaydaları çərçivəsində də yeri göstəriləcək.

Bu adamın nə deməsini, düşünməsini bir kənara qoyub altını cızaraq qeyd etmək istərdim ki, o gözəl Qarabağın, işğal altındakı Vətən torpaqlarının insanları şəxsən mənim üçün ucdantutma sevimli insanlardır. Deputatın "nəşəxor” kimi gördüyü Cəbrayıllıların arasında isə xeyli sayda tanışlarım, dostlarım var ki, öz ziyalılıqları, ədəb və əxlaqları, üstəlik dövlətə və dövlətçiliyə sədaqətlərilə seçilirlər. Belə bir zümrənin deputatı olasan, onlara bu qədər ədəbsiz bir ifadəni yaraşdırasan. Olacaq şey deyil, Şahverdiyev müəllim…

Qarabağ insanı ziyalıdır, əxlaqlıdır, ədəblidir. Yaşım əllini haqlayır, bu günə kimi Cəbrayıldan bir nəfər olsun ədəbsiz, əxlaqsız insana rast gəlməmişəm. Amma necə olur ki, bu deputat bir dəfə ağzını açır və iddia edir ki, oralar "nəşəxor”, "başıpozuq” adamlarla doludur?

Bu Şahverdiyevə qədərsə gündəmdə İqbal Məmmədov adlı deputat var idi. Mediada yayılan xəbərlərdə deyilirdi ki, bu adam hansısa təzə binadan ev alıbmış. Ora baş çəkmək istəyib, gənc qarovulçu içəri buraxmayıb ki, hələlik izn yoxdur. Bu da qoluna güc verib, fağır gənci şapalaqlayıb. Hələ üstəlik o binanı tikən şirkətin rəhbərliyini də hədələyib ki, məsələni ictimailəşdirsəniz sizi həbs etdirəcəyəm.

Yox əşşi! Bu adamlar nə yeyir, nə içir də deputat olur, üstəlik Vətənimin sadə insanını şapalaqlayıb Bakının tən ortasında qoçuluq edir? Kimdir axı bunlar? Belələrinin Azərbaycan dövləti və xalqı qarşısında hansı vazkeçilməz xidmətləri olub ki, utanmadan təpəmizə çıxırlar? Bu nə qudurğanlıqdır axı? Niyə mənim ölkəmin parlamenti belə təsadüfi adamlardan təşkil olunmalıdır?

Üçüncü bir deputatı isə gündəmə mən gətirirəm. Adı Kamran Bayramovdur. Yəqin ki, mənim oxucuma bu ad heç nə demir. Təbiidir. Çünki bu adda deputatın olduğunu heç mən də bilmirdim. Sadəcə onun təmsil etdiyi dairədə bir yaramazlıq baş verdi, düşündüm ki, bu adam məsələni diqqətə alıb ədalətin bərpasında öz sözünü deyə bilər. Hələlik mahiyyətinə toxunmaq istəmədiyim həmin məsələni bir kənara qoyuram. Düz noyabrın 14-də (yəni 43 gün öncə) bu adama Facebook üzərindən salam verib bir müraciət yazdım. Rica etdim ki, təmsil etdiyi dairədə baş verən bu məsələyə diqqət ayırsın. Aradan bu qədər zaman keçib, adam nəinki məsələylə bağlı reaksiya vermir, üstəlik, ədəb-ərkanla verdiyim salamı belə almağı özünə yaraşdırmayıb.

Araşdırdım. Gənc deyə biləcəyimiz deputatlardandır. 37 yaşı var. Hər hansı ictimai-siyasi fəaliyyətilə seçilməyib, seçilmir də. Yəni parlamentə göydən zənbillə düşmüş deputatlardandır (təəssüf ki, belələri çoxdur orda və heç bir faydalarını da görmür bu millət – A.H.). Anlaşılan, adamın bioqrafiyası çox zəngin deyil. Elə ona görə də Azər Həsrət adlı tanımadığı birsinin salamını almağı belə özünə sığışdırmır…

Elə isə bizə də düşən budur ki, təcrübəsizlik edənlərə yardımçı olaq. Milli Məclisdə sayğı duyduğum, qarşılıqlı hörmət bəslədiyim onlarla deputat var. Onlardan rica edəcəm ki, bu gəncə bir az da belə mətləbləri anlamaqda yardımçı olsunlar. Məsələn, çox hörmətli akademik, uzun illərin parlament təcrübəsinə malik Ziyad Səmədzadə, həm dövlət idarəçiliyində, həm də parlamentarizmdə müstəsna təcrübəsi olan Vahid Əhmədov, illərdir öz fəallıqları ilə seçilən, doğrudan xalqa yaxın olan deputatlar Xanhüseyn Kazımlı, Flora Qasımova, Asim Mollazadə, Bahar Muradova, Əli Məsimli, Aqil Abbas, Fəzail Ağamalı, Adil Əliyev, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Cavanşir Feyziyev, Əli Hüseynli, Ziyafət Əsgərov, Hadı Rəcəbli, Tahir Kərimli, Nizami Cəfərov, Zahid Oruc, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Çingiz Qənizadə, Azər Badamov, Fazil Mustafa, Əflatun Amaşov, Elman Nəsirov, Hikmət Babaoğlu, Fərəc Quliyev (sıralama təsadüfidir – A.H.) və daha neçə-neçə deputat dostumuz, tanışımızdan rica edəcəkdim ki, bu gəncə heç olmasa verilən salama əleyküm salam deməyin gərəkliliyini izah etsinlər.

Qınamıram. Adam təsadüfən, hazırlıqsız gəlib düşüb parlamentə, özünü itirib. İndi Azər Həsrət kimi ağır bioqrafiyası olan birisi də buna salam deyib. Gəncdir, təcrübəsizdir, salamı almama qüsuruna yol verib. Nə olar? Böyüklərimiz (ki, onlar bu salam-kəlam məsələsində həmişə şəxsimə sayğılı olublar – A.H.) ona bir daha belə qüsurları buraxmaması üçün yardımçı olarlar.

Bəs parlamentimizdə bu qəbildən olan deputatlar cəmi üç nəfərdirmi? Təəssüf ki, yox. Elə problem də bundadır. Bu cür adamların az qala çoxluq təşkil etdiyi bir parlamentimiz var bizim. Elə ona görə də bəzən insanların ən adi problemlərinin həlli daşa dirənir, ölkədə ictimai narazılıq süni şəkildə artırılır. Məhz bu cür deputatların üzündən.

Bəs nə etməli? Bax, hələlik bu sualın cavabını buraxıram hər kəsin öz öhdəsinə…

 

 

                          

Xəbər 1514 dəfə oxunub






Oxşar xəbərlər

Naftalanın yeni icra başçısı kimin oğludur?
QALATASARAY Türkiyə çempionu oldu
Gəncədə iki yük avtomobili yandı
Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir
ŞOK: - Ərdoğana sui-qəsd planlaşdırılıb
Tramp həyat yoldaşının adını səhv yazıb
ULDUZ FALINIZ – 20 may
Sabah 33139 abituriyenti imtahan verəcək
Donbasda NATO-nun üç hərbçisi öldü
Nəsimi Paşayev istefa verdi
Alpinist Babur Hüseynov Astarada dəfn olunub
Xaləddin İsgəndərov işdən çıxarıldı
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Azərbaycan nümayəndə heyəti Ankarada görüşlər keçirir
İsmayıllıya yağan dolu fəsadlar törədib
Hindistanda körpü uçdu, ölənlər var - FOTOLAR
Mahmud Abbas xəstəxanaya yerləşdirildi
Ermənilər Xocalıda şadlıq evi tikir
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
Putinlə və Paşinyan Soçidə görüşəcək
Qubada xalça oğrusu tutuldu
Düşmən mövqelərimizi atəşə tutdu
“7 rayon təklifi” güzəşt deyil: Nikolun mövqeyi isə... – Ekspert
Tiflisdə əhali küçələrdə: böyük əməliyyat - Foto
Fazil Məmmədov AGF-dən ayrıldı
12 may - ULDUZ FALI
Rövşən Lənkəranskinin “qardaşı”nın neft milyonları müsadirə edildi
"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?
"Real" Levandovskinin transferindən imtina etdi
Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır
Şirməmməd Hüseynovun qızına yüksək vəzifə verildi - SƏRƏNCAM
Ermənilər “Komsomolski pravda”nın redaksiyasına hücum edib
ABŞ-ın İran sanksiyaları bizə qazanc gətirir (açıqlama)
Bakıda zavod işçiləri aksiya keçirdi: – VİDEO
Ziya Məmmədov HİCRƏT edəcək?!
Kürəkən onunla sevişmək istəyən qayınanasını boğaraq öldürüb
Prezident Bakıda otel açılışında iştirak edib
Ebru Gündeş 200 min dollar xərclədi
Ayaz Mütəllibovun sabiq mətbuat katibi şikayətini geri çəkdi
“Qaqaş” ləqəbli narkotacir tutuldu – FOTO
“AZAL-ın borcu 1 milyarda çatıb” - RƏHBƏRİNİN AİLƏ BİZNESİ İSƏ ÇİÇƏKLƏNİR!
“Üçüncü dünya müharibəsi olmayacaq.”–Bəşər Əsəd
“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – İlham Əliyev
Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”
MM Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirdi
Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Bürc nə deyir? – 11 may
Mehriban Əliyeva 3 nəfəri təltif edib
Nigeriyalı diplomat Sudanda öldürüldü
Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi - "ailəsinə sahib durmağa ağlı çatmayan"..
Məşhur alimin evtanaziya ilə ölümü - 104 YAŞINDA
XİN rəsmisi Paşinyana CAVAB verdi
Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar olub
Əli Əhmədov və Hadı Rəcəbli toyda rəqs etdi - VİDEO
Paşinyan diqtə etdi - 2 məmur işdən getdi
DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxıldı - Hökm
Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”
Pandalar kütləvi şəkildə qırılır
Bakıda daha bir zorlanma xəbəri - İnternat məktəbində
Daşkəsəndə ana özünü və 6 aylıq uşağını yandırdı
Oqtay Şirəliyev baş həkimi işdən çıxartdı
Rauf Talışinski "Qurd qapısı" qəbirstanlığında dəfn olundu
Kəmaləddin Heydərovun Göygöldəki üzüm bağına xəstəlik yayılıb
Eldar Mahmudovun qızı UDUZDU – Qətnamə ləğv olundu
Qobustan sakini yanıq xəsarəti alıb
Qızıl 2 dollara yaxın bahalaşıb
Hesablama Palatası Milli Məclisdə hesabat verəcək
Kim Çen In Trampla görüşü müsbət dəyərləndirib
Bürclər – 10 may

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10733] initstartout [0.00016] initstartin [0.00076] calstart [0.00904] calend [0.00048] topnewsend [0.00277] rsssend [0.00000] ehgend [0.00722] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08630]