"Trampın qələbəsi sadəcə fantastika"-OBAMA

  • 26 dek 2016, 18:45

ABŞ Prezidenti Barak Obama 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə qatılmaq hüququ olacağı təqdirdə qələbə qazanacağına əminliyini ifadə edib.

Demokratik.Az bildirir ki, o, bu barədə CNN-ə müsahibəsində bildirib.

"Yenidən namizəd ola bilsəydim, əminəm ki, amerikalıların əksəriyyətini səfərbər edə bilərdim. Bütün ölkə üzrə insanlarla, hətta mənimlə razı olmayanlarla ünsiyyət qurmaqla onları irəlilədiyimiz istiqmətdə gəlməyə inandırardım", - deyə B.Obama vurğulayıb.

B.Obama seçkiqabağı kampaniya zamanı Demokratlar Partiyasının əhalinin bəzi təbəqələrini görməzdən gəldiyini, nəticədə də Donald Trampın qələbə qazandığını bildirib.

"Bir çox insan seçkilərin nəticələrinin və D.Trampın qələbəsinin sadəcə, fantastika olduğunu düşünür",- deyə ABŞ prezidenti əlavə edib.

Demokratik.Az 

Oxşar xəbərlər