Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:58 - 18.11.2018  
Tağı Əhmədov məhkəmədə dindiriləcək - - mühüm gözlənti
Tarix: 26-12-2016, 08:59 | Bölmə: ---

Metropolitenin sabiq şefi prosesdə Akif Çovdarovdan 3 milyon manatını tələb edəcək; məhkəmədə Əhmədovun oğlu və qardaşı oğlu da ifadə verəcək... 

 

Tağı Əhmədov məhkəmədə dindiriləcək -
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 

Prosesdə zərərçəkənlərin dindirilməsi mərhələsi başlayıb. Əldə etdiyimiz məlumata görə, bu həftə keçiriləcək prosesdə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov ifadə verəcək. T.Əhmədov Akif Çovdarovun üzünə qarşı ondan 3 milyon manat alınması epizodu haqda danışmalı, pulu geri tələb etməlidir. Tağı Əhmədovun adının "MTN işi”nə qarışması haqda bilgilər yeni deyil. Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş bəzi MTN əməkdaşlarının ifadələri məlum olub. 

Şahid qismində dindirilmiş MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü İdarəsinin sabiq rəisi Rəsul Mösüm oğlu Rəsulov ifadəsində göstərib ki, MTN-də 6-cı Baş idarəsinin tərkibində olan Nəqliyyat idarəsində rəis müavini işləyərkən 6-cı Baş idarənin rəisi Akif Çovdarov ona bildirib ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədova MTN-nə avtomaşın alınması ilə bağlı imkanı daxilində kömək etməsi barədə onun sözünü çatdırsın. O da Akif Çovdarovun bu sözlərini Tağı Əhmədova görüşdə çatdırıb, Tağı Əhmədov isə deyib ki, imkanı yoxdur. 

Tağı Əhmədovla Hüseyn Cavid parkında cəmi bir dəfə görüşüb, həmin görüşün təşəbbüskarının onun, yaxud Tağı Əhmədov olmasını dəqiq xatırlamır. Lakin onu bilir ki, o vaxta qədər onun Tağı Əhmədovla bir neçə dəfə telefon danışıqları olub. Tağı Əhmədov işdən çıxdıqdan sonra Bakı Metropoliteni ilə əlaqədar şikayətlər barədə ona öz narahatlığını bildirib və bu telefon danışıqlarının birində onlar Hüseyn Cavid parkında görüş təyin edib görüşüblər.

Image result for Tağı Əhmədov

Həmin görüş təxminən 5-10 dəqiqə çəkib. Görüşdə Tağı Əhmədova bildirib ki, həmin şikayətlər və Bakı Metropoliteninin əməliyyat təminatı sahəsi onun rəisi olduğu idarəyə aid deyil. O, Tağı Əhmədova hər hansı köməklik göstərə bilməyəcəyini deyib və sağollaşıb. Nə öz adından, nə də Akif Çovdarovun adından Tağı Əhmədovdan heç bir məbləğdə pul istəməyib, ümumiyyətlə, hər hansı məbləğ barədə razılaşmayıb.

Həmçinin, Akif Çovdarovun Tağı Əhmədovdan və yaxınlarından hər hansı məbləğdə pul alıb-almamasından məlumatı olmayıb. Bundan başqa o, Tağı Əhmədova onun hakim işləyən oğlu Rauf Əhmədov barəsində heç nə deməyib, ümumiyyətlə Rauf Əhmədovun MTN-in nəzarət-buraxılış məntəqəsinə gəlməsini, gəlməyəcəyi təqdirdə onun başına torba salınıb qara maskalılar vasitəsilə nazirliyə gətirdəcəyi barədə heç bir söz deməyib. 
"Bildiyimə görə, həmin vaxtlar əməkdaşı olduğum Baş idarənin Nəqliyyat idarəsi tərəfindən Bakı Metropolitenində müəyyən əməliyyat tədbirləri həyata keçirilib, bəzi Metropoliten işçiləri MTN-ə dəvət olunub, orada izahatları alınıb. Lakin mən heç vaxt bu məsələlərə qarışmamışam, çünki bu mənim səlahiyyətlərim daxilində deyildi. Tağı Əhmədovla telefon danışıqlarımız onun oğlu Raufa görə narahatlığı ilə əlaqədar olub. 

Bundan başqa, Tağı Əhmədovla Akif Çovdarov arasında olan pul məsələsindən məlumatım olmayıb, Akif Çovdarov pulla bağlı Tağı müəllimə söz çatdırmaq barədə mənə heç bir göstəriş verməyib, Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat məbləğində pul tələb edib almasından, həmçinin Tağı Əhmədovun qardaşı oğlu Şövqü Xeyrulla oğlu Əhmədovun və Elşən Namiq oğluTağıyevin 11 aprel 2014-cü il tarixdə MTN-ə dəvət edilib orada qanunsuz saxlanılmaları və döyülmələrindən xəbəri olmayıb”, - deyə o ifadəsində qeyd edib. 

Lakin istintaq belə qənaətə gəlib ki, Rəsul Rəsulov qeyri-səmimilik nümayiş etdirib, yaxın münasibətlərdə olduğu Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla zərərçəkmiş şəxs Tağı Əhmədov arasında keçirilmiş üzləşdirmə zamanı Tağı Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Rəsul Rəsulovun işin hallarına zidd ifadə verməsi müəyyən edilib. Şahid qismində dindirilmiş Nurxan Aslan oğlu Atakişiyev isə ifadəsində göstərib ki, 2014-cü ilin mart-aprel aylarında "Land Rover Discovery” markalı nəqliyyat vasitəsini idarə edərək sürücüsü olduğu Akif Çovdarovla birlikdə Ruslan Əhmədov və Əli Əhmədov adlı şəxslərlə görüşməyib. 

Image result for Rəsul Mösüm oğlu Rəsulov

Ümumiyyətlə, Ruslan Əhmədov (Tağı Əhmədovun oğlu) və Əli Əhmədov (Tağı Əhmədovun qardaşı oğlu) adlı şəxsləri tanımır, onlarla heç vaxt heç bir tanışlığı, ünsiyyəti olmayıb. İdarə etdiyi "Land Rover Discovery” markalı nəqliyyat vasitəsinin yük yerinə qara rəngli idman çantasında 3.000.000 manat pulun onun iştirakı ilə qoyulması, onun Əli Əhmədovla kənarda gözləməsi, Ruslan Əhmədovun "Land Rover Discovery” markalı maşına əyləşərək Akif Çovdarovla söhbət etməsini xatırlamır. Ümumiyyətlə, Akif Çovdarovla arasında həmişə "pərdə” olub, sonuncu öz işləri barədə heç vaxt onunla heç bir söhbət etməyib.  

İstintaq Nurxan Atakişiyevin də ifadəsində qeyri-səmimilik nümayiş etdirdiyi qənaətinə gəlib, Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla şahid Əhmədov Əli Xeyrulla oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Əli Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Nurxan Atakişiyevin işin hallarına zidd ifadə verdiyi ortaya çıxıb. Şahid qismində dindirilən, ləğv olunmuş MTN-in Energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin 3-cü idarəsinin 2-ci şöbəsinin sabiq əməliyyat müvəkkili Rüfət Zülfüqar oğlu Bağırov ifadəsində göstərib ki, Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədovu MTN-in əsas girişində, komendaturada görüb. Həmin vaxt işlədiyi baş idarənin 2-ci idarəsinin rəisi Akif Əliyev ondan Şövqü Əhmədovdan izahat alınmasına köməklik göstərməsini xahiş edib. 

O da xidməti otağından çıxıb komendaturaya gəlib, orada Şövqü Əhmədovu görüb. Şövqü Əhmədovun yanında olan 3-cü idarənin 2-ci şöbəsinin rəis müavini Orxan Osmanov ona Şövqüdən izahat almağı tapşırıb. Orxan Osmanov ona deyib ki, ümumi suallar versin, daha sonra özü əlavə suallar verəcək. Otaqda videokamera da quraşdırılıb, onun işləyib-işləmədiyini dəqiq bilməyib. Orxan Osmanov hərdən otağa daxil olub Şövqüyə suallar verib, onun sualları əsasən metrodakı ticarət obyektləri barədə olub. Özü məsələnin mahiyyətini bilmədiyi üçün sualları əsasən Orxan Osmanov, bir də metropolitenin kuratoru Tural Rzayev verib. R.Bağırov bildirib ki, Orxan Osmanov onun yanında Şövqü Əhmədovun sifət nahiyəsinə bir neçə dəfə şillələr vurub, daha sonra otaqdan çıxıb, bir müddət sonra qayıdıb yenidən vurub. 

"Hətta bir dəfə Orxanı otaqdan çıxarıb, ona döymək lazım olmadığını dedim. Otaqda olmadığım müddətdə Şövqünün başqa əməkdaşlar tərəfindən döyüldüyündən xəbərim yoxdur. Yalnız Orxan Osmanovun Şövqüyə şillə vurduğunu görmüşəm. İdarə rəisi Akif Əliyev bir dəfə otağa gəlib Şövqüyə bir neçə sual verib getdi. Suallar metroda ticarət obyektlərindən yığılan pulların Tağı Əhmədov tərəfindən mənimsənilməsi barədə idi. Şövqü Əhmədov əmisinin əleyhinə ifadə vermədikdə Orxan Osmanov onu vururdu. İzahatı alındıqdan sonra isə buraxıldı”, - deyə o bildirib.

Məhkəmədə Tağı Əhmədovla yanaşı onun oğlu, qardaşı oğlu və iş üzrə digər şəxslər də ifadə verəcəklər. 

E.HÜSEYNOV
Xəbər 1915 dəfə oxunub






Oxşar xəbərlər

Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17738] initstartout [0.00020] initstartin [0.00096] calstart [0.01320] calend [0.00065] topnewsend [0.00574] rsssend [0.00000] ehgend [0.00957] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14632]