İki Xocalı qatilinin savaşı qızışır:

  • 24 dek 2016, 09:43
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanla Prezident Serj Sərkisyan arasında münasibətlər gərginləşib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Ohanyanın Sərkisyanın görüş təklifini rədd etdiyini bildirib:

"Ermənistan Prezident Aparatının rəhbəri Armen Gevorkyan bir neçə dəfə eks-nazirlə əlaqə saxlamağa çalışıb. Gevorkyan sonda Ohanyanla danışmağı bacarsa da, ondan prezidentlə görüş üçün müsbət cavab ala bilməyib”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Seyran Ohanyanı istefaya göndərəndən sonra o, müxalifətə keçib. Ermənistan mətbuatının iddiasına görə, eks-nazirlə prezident arasında inciklik yaşanıb. Üstəlik Ohanyan Viktor Dəlləkyanın yaratdığı yeni partiyada rəhbər vəzifələrdən birinə gətirilib. Bu partiya isə özünün bütün maliyyəsini Rusiyadan alır.
Demokratik.Az
Oxşar xəbərlər