Raketlərimiz `düşməni` belə məhv etdi
- 23 dek 2016, 20:35
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qoşunların
kompleks hazırlığı çərçivəsində modernizə edilən bir neçə "S-125"
zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən
atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.
Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında
informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri
ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş
hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və
atışlarının nəticələri yüksək qiymətləndirilib.
Demokratik.Az