Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:52 - 19.01.2019  
MTN generalları 162 nəfərdən 18 milyon alıb - Rəsmi
Tarix: 23-12-2016, 20:18 | Bölmə: ---

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin istintaqı davam etdirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
MTN generalları 162 nəfərdən 18 milyon alıb - RəsmiTəqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Hazırda cinayət işi üzrə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər epizodlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Demokratik.Az

Xəbər 2440 dəfə oxunub






Oxşar xəbərlər

Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21922] initstartout [0.00016] initstartin [0.00088] calstart [0.01064] calend [0.00063] topnewsend [0.00516] rsssend [0.00000] ehgend [0.03613] tagsstart [0.00072] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16486]