Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:01 - 20.04.2019  
Arif Mehdiyevin yerinə kim təyin olunacaq?
Tarix: 21-12-2016, 21:18 | Bölmə: ---

Etibar Əliyev: "Alimlərin sayı çoxaldıqca elmdə tənəzzül sürətlənir”

 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev dekabrın 19-da vəfat edib.

Arif Mehdiyev 1934-cü il, elə vəfat etdiyi tarixdə, yəni 19 dekabrda Bakı şəhərində anadan olub. O, Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü idi. Təbii obyektlərin parametrlərini təyin etmək üçün məsafə və kontakt ölçmələrin texnoloqiyasının, məsafə zondlaşmasının üsullarının və texnikasının inkişafı sahəsində mühüm nəticələr əldə edib.

Prezident İlham Əliyev Arif Mehdiyevin Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. 

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Mehdiyev "Şərəf" ordeni ilə təltif edilib. 

Arif Mehdiyev ikinci Fəxri Xiyabanda dəfn olunub. Onun dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri  Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.
Ali Attestasiya Komissiyası hansı funksiyanı yerinə yetirir? Arif Mehdiyevin yerinə kim təyin oluna bilər?

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, bizim Ali Attestasiya Komissiyası kimi qurumlara yalnız post-sovet məkanına daxil olan ölkələrdə rast gəlmək olar:

 "Ali Attestasiya Komissiyası elmin, texnikanın, təhsilin, incəsənətin bütün sahələri üzrə elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) və elmi adların (dosent və professor)  daxil olan attestasiya işlərinin ekspertizasını həyata keçirir və onlara dövlət tərəfindən elmi dərəcələr və elmi adların verilməsini təmin edir. 

Azərbaycan ali təhsil sisteminin 2005-ci ildə  "BoloniyaBəyənnaməsi”nəqoşulmasına baxmayaraq Ali Attestasiya Komissiyasının taleyi həll olunmayıb. Başqa sözlə, bu qurumun işi həmin bəyannamədən irəli gələn prinsiplərə söykənmir. 

Mən deyərdim ki, bu qurumun dirçəlişi mərhum akademik Azad Mirzəcanzadənin sədr olduğu dövrdə baş verdi. Azad müəllim demək olar ki, tapşırıqlara baxmırdı. Bu da elmi işlərin keyfiyyətinə öz təsirini göstərirdi. Azad müəllimin istefasından sonra bu qurum xeyli "mülayimləşdi”. İndi kim istəsə alim ola bilər. Alimlərin sayı çoxaldıqca elmdə tənəzzül sürətlənir. 

"Alma almaya bənzər” filmi gec çəkilsə idi, "istəyirsən sənin üçün texnikuma girim” məşhur ifadəsini "istəyirsən sənin üçün alim olum” ifadəsi ilə əvəzləyə bilərdilər. 
Allah Arif Mehdiyevə rəhmət eləsin. Mən Azad müəllimin vaxtında müdafiə etdiyimdən onu yaxşı tanımırdım. Amma deyilənlərə görə çox xeyirxah adam olub. O ki, qaldı onun kiminlə əvəzlənməsi məsələsinə, mən həmin qurumun daxilindən kiminsə Ali Attestasiya Komissiyasının sədri təyin olunmasının tərəfdarı deyiləm. Orada maraqlar naminə qruplaşmalar var. Və bu işin ziyanına ola bilər. Bu quruma çox yaşlı olmayan, elmi potensialı yüksək olan, ədalətli və elmin qayğısına qalan bir şəxs təyin olunmalıdır”. 

Əli Rais
Xəbər 3943 dəfə oxunub






Oxşar xəbərlər

Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20300] initstartout [0.00018] initstartin [0.00088] calstart [0.01340] calend [0.00066] topnewsend [0.00476] rsssend [0.00000] ehgend [0.02287] tagsstart [0.00080] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15940]