Qatilin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

  • 21 dek 2016, 11:32

"Associated Press” fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarının danışıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Onun sözlərinə görə, səfirə sui-qəsd "Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə” adlı sərgidə baş verib və fotoqraf həmin sərgiyə evi istiqamətində olduğu üçün gedib.

Fotoqraf deyib: "Standart tədbir idi. Qara pencəkli şəxsin pistolet çıxardığını görəndə çaşdım, düşündüm, bəlkə bu, tədbirdə xüsusi səhnələşdirilmiş hissədir. Əslində isə soyuqqanlı qətl səhnəsi imiş”. Onun sözlərinə görə, zalda minimum 8 atəş atılıb. Fotoqraf qeyd edib: "Qorxmuşdum, divarın arxasına keçib öz işimlə məşğul olmağa başladım, yəni şəkil çəkməklə”.

Demokratik.Az

Oxşar xəbərlər