Oğurlanan uşaq danışdı:"...diləndirdilər”

  • 18 dek 2016, 19:36

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14:00 radələrindən itkin düşən A.A tapılıb.

3-cü sinif şagirdi olan A.A, onu dilənçilərin oğurladığını deyib:

"Məni soyuqda diləndirdilər”.

Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib:

"Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.

Oxşar xəbərlər