Trampdan daha bir "təyinat" gerçəkləşib

  • 18 dek 2016, 11:52

ABŞ-ın yeni prezidenti Donald Tramp kadr siyəsətini davam etdirir. O Cənubi Karolina ştatından olan respublikaçı-konqresmen Mika Malveyni İnzibati-Büdcə İdarəsinin rəhbəri vəzifəsinə təyin edib.

Məlumata görə, cənab Tramp Mika Malveynin rəhbərliyi ilə öz administrasiyasının ABŞ-ın büdcəsi ilə bağlı daha düzgün qərarlar verəcəyini bildirərək belə bir qərara imza atıb.

Malveyni öz növbəsində potensial təyinatını "şərəf" adlandırıb. Maliyyəçi Vaşinqtonda 8 il sonra büdcə və maliyyə balansının bərpa olunacağını söyləyib.

Demokratik.Az

Oxşar xəbərlər