ABŞ Türkiyəyə yardım təklif etdi

  • 18 dek 2016, 09:35

ABŞ Türkiyənin Kayseri şəhərində törədilən terror aktını qətiyyətlə pisləyir və terror aktının araşdırılmasında Ankaraya öz köməyini təklif edir. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbinin açıqlamasında bildirilir.

Onun sözlərinə görə, "ABŞ Türkiyə təhlükəsizlik qüvvələrinə növbəti terror hücumundan kədərlənib və hiddətlənib”.  "ABŞ bu mənfur aktı qətiyyətlə pisləyir və terrorla mübarizədə müttəfiqi  Türkiyə ilə çiyin-çiyinə durub”, - deyə Kirbi qeyd edib.     

"Terrorçuların Türkiyə xalqına qarşı törətdiyi bu zalın aktlara heç bir haqq qazandırmaq olmaz. Biz hadisə ilə əlaqədar Türkiyə hökuməti ilə sıx əlaqədəyik və bu aktın araşdırılmasında öz köməyimizi təklif edirik”, - deyə Kirbi qeyd edib.

Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.  Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.

Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.  

Terror aktının PKK terrorçuları tərəfindən törədildiyi istisna olunmur.

 

Demokratik.Az

Oxşar xəbərlər