NATO Rusiyaya səsləndi:“soyuq müharibə” istəmirik"

  • 18 dek 2016, 09:32

 

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya nümayəndələrinin iştirakı ilə Brüsseldə keçiriləcək toplantı zamanı Moskvaya Alyansın "soyuq müharibə”yə qayıtmaq niyyətində olmadığına dair  mesaj verəcəyini bildirib.  

 

APA-nın xəbərinə görə, bu barədə "Bild” nəşri məlumat yayıb.   

 

"Dekabrın 19-na planlaşdırılan iclasa mesajımız belədir: NATO gərginlik istəmir, Alyans "soyuq müharibə” arzusunda deyil”, deyə o bildirib.   

 

Qeyd edək ki, dekabrın 19-da Brüsseldə səfirlər səviyyəsində Rusiya-NATO Şurasının iclasının keçirilməsi planlaşdırılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər