Deputatdan maraqlı təklif: “Generallar icra başçısı təyin edilsinlər”

  • 17 dek 2016, 14:40

Demokratik.Az bildirirki, Milli Məclisin ötən gün plenar iclasında "Hərbi vəziyyət haqqında” yeni qanunun müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov ehtiyatda olan həbçilərlə bağlı təklif verib.

Qanunda hərbi vəziyyətlə yanaşı, səfərbərlik məsələsinə ciddi fikir verməyin tərəfdarı olduğunu deyən millət vəkili bildirib ki, dondurulmuş münqişə həll edilmiş demək deyil və bunun nə vaxtsa donu açılıb, alovlana bilər:Modern.az-ın məlumatına görə, deputat bildirib ki, ehtiyatda və istefada olan generallardan cəbhə bölgəsindəki rayonlara icra başçısı təyin etmək olar:
""Hərbi vəziyyət haqqında” sənəd ətraflı şəkildə hazırlanan qanun layihəsidir və hesab edirəm ki, gələcək fəaliyyətin tənzimlənməsi ilə bağlı kifayət qədər addımlar atıla bilər”.

"Biz bu alovlanmaya hazır olmalıyıq. Aprel döyüşlərini buna misal göstərmək olar. Elə ictimai proses yarana bilər ki, biz hər an hərəkətə keçməyə məcbur olarıq. O baxımdan biz hazırlığımızı əldə saxlamalıyıq”.

Məsələ ilə bağlı bir neçə təklif irəli sürən S. Novruzov qeyd edib ki, keçmiş təcrübədə var ki, sərhəd bölgələrinə istefada olan hərbçiləri rayon icra başçısı təyin edilirdi.

"Bundan istifadə etmək lazımdır. Bizim kifayət istefada olan, dövlətinə sədaqətlə xidmət edən hərbçilərimiz var ki, onların idarəçilik, insanlarla münasibətdə və eləcə də digər sahələrdə yüksək təcrübələri var. Bəzi yerlərdə zərurət olarsa, belə insanlardan istifadə etmək vacibdir. Yadımıza salaq ki, 90-ci illərdə elə həmin vətənpərvərlər emənilərin qarşsını aldı. O zaman silahlı dəstə yox idi. Ümumilli lider hakimiyyətə gələndə də Əfqanıstan döyüşçülərinə və müharibə təcrübəsi olan insanlara müraciət etdi. Ayrı-ayrı ölkələrin müdaxiləsi olmasaydı, Azəraycan torplaqlarını işğaldan azad etmək mümkün olardı. O baxımdan təklif edərdim ki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq müəyyən yaş həddinə çatan insanları siyahılaşdırmalı, heç olmasa onlara 6 aydan bir təlim keçrilməlidir. Yoxsa keçmişdə yoldan, metrodan kim çıxırdı onu basırdılar avtobusa. Çatan kimi də əlinə silah verib göndərirdilər. Bu baxımdan da nəticə etibarı ilə o zaman çoxlu şəhid verdik. Çünki onların heç bir təcrübəsi yox idi. Çoxusu tikinti və ya başqa sahələrdə çalışırdı. Bu baxımdan düşünürəm ki, təlim keçirilməlidir. Biz əsasən aprel döyüşlərində şahidi olduq ki, döyüşü aparan, erməniləri darmadağan edənlər müqavilə əsasında olan insanlardır. 18 yaşında uşaq hələ təzə öyrənir, o həmin müddətə çatana, psixoloji durumdan çıxana qədər təcrübəli insanlar hazırlamalıyıq ki istənilən döyüş anında onlardan istifadə olunsun”.

Millət vəkili qeyd edib ki, qanun layihəsində mətbuatla bağlı məqamlar düzğün olaraq nəzərə alınıb. "Çünki kim ordu haqqında nə istəyir, onu da yazır. Düzdür, bunun qarşısı xeyli alınıb. Amma xaricdə bizi istəməyən qüvvələr var ki, onlar müəyyən məlumatlar yayır, bizdə də həmin qüvvələrə uyanlar o məlumatları çap edirlər. Hesab edirəm ki, bunun da qarşısı alınmalıdır. Hərbi vəziyyət vaxtında ancaq hərbi vəziyyətə rəhbərlik edən orqan tərəfindən məlumatlar dərc olunmalıdır. Başqa məlumatlar dərc oluna bilməz. Bu baxımdan qanun layihəsi konseptual baxımından yaxşı hazırlanıb”.

Demokratik.Az

Oxşar xəbərlər