“Rəsmi Bağdad PKK-ya yardım edir”

  • 17 dek 2016, 09:38

İraq Kürd Muxtar Vilayəti PKK-nın təcili olaraq Şenqal şəhərindən çıxmasını tələb edir.

Bunu "Kürdüstanın müstəqilliyi, çətinlik və fürsətlər” konfransında çıxışı zamanı İraq Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzani söyləyib.O, PKK terror təşkilatının yezidləri qorumaq bəhanəsilə Şenqaldan çıxmadıqlarını bildirib:"PKK-nın Şenqalda qalması qeyri-stabilliyə səbəb olur. Hətta oradakı vətəndaşların evlərinə geri dönməsinə də PKK maneə yaradır. Suriyadakı xalqımızın öz haqlarına qovuşması lazımdır. Orada diktatorluq sistemi tətbiq edilir. İnsanlar həbsə atılır. PYD artıq PKK-nın əsiridir. PKK PYD-dən istifadə etməklə, özünü leqallaşdırmaq istəyir. Biz Bağdadla PKK məsələsini müzakirə etmişik. Bağdadın PKK-ya yardım etdiyini sübut edən onlarla sənəd hazırda əlimizdədir. Bunu onlara da vermişik”.(Axar.az)

Oxşar xəbərlər