Baş prokuror yeni təyinatlara imza atıb

  • 15 dek 2016, 16:50
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
 
APA-nın məlumatına görə, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Sumqayıt hərbi prokuroru Rövşən Əfəndiyev tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəisi, Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi Zöhrab Kazımov tutduğu vəzifədən azad edilərək Sumqayıt hərbi prokuroru, respublika hərbi prokurorunun böyük köməkçisi Səfər Əhmədov isə Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrinə təyin olunublar. 
Oxşar xəbərlər