Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:35 - 18.08.2019  
Avtomobilini yandıran əlilin sürücülük vəsiqəsi yox imiş
Tarix: 14-12-2016, 19:35 | Bölmə: ---

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org-a açıqlamasında bildirib ki, Qax rayonunun Qazmalar kənd sakini Bəxtiyar Bayramovun idarə etdiyi "VAZ-2109” markalı avtomobili DYPB-nin rəisinə görə yandırması barədə səslənən iddialar əsassızdır.

Nazirlik rəsmisinin sözlərinə görə, cari il iyunun 20-də Bəxtiyar Bayramov etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi "Vaz 2109” markalı 16-BA-253 dövlət qeydiyyat nişanlı avtomaşınla Qax şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədib və buna görə İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Toplanmış material tədbir görülməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin 22 iyul 2016-cı il tarixli qərarı ilə B.Bayramov İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilib. Lakin rayon Məhkəməsinin eyni məsələ ilə bağlı 08.11.2016-cı il tarixli digər qərarı ilə vətəndaş B.Bayramov bu dəfə İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Orxan Mansurzadə əməkdaşımızla söhbətində vurğulayıb ki, məhkəmənin son qərarı 10.11.2016-cı il tarixdə Qax RPŞ-ə göndərilib. Həmin qərarın icrası zamanı vət.B.Bayramovun sürücülük vəsiqəsinin olmaması müəyyən edilib və inzibati cərimənin DİN-in BDYPİ-in MMX-serverində əvəzlənməsi mümkün olmayıb.

O ki qaldı B.Bayramovun özünə məxsus "Vaz 2109” markalı avtomobili yandırmasına, bu barədə FHN-in Qax rayon DYMH-dən daxil olmuş məlumat əsasında Qax RPŞ-də təhqiqat aparııb. B.Bayramov araşdırma zamanı nəqliyyat vasitəsini əsəbləşərək yandırdığını bildirib, maddi ziyanla bağlı və eyni zamanda polis əməkdaşlarından şikayət və tələbinin olmadığını göstərib.

DİN rəsmisi daha sonra deyib: "Burada diqqətçəkən və təəssüfləndirici bir məqam da ondan ibarətdir ki, "Vaz 2109”un sahibi tərəfindən yandırılmasını mobil telefonla çəkən və sosial şəbəkələrdə paylaşan Elvin Hüseynli adlı şəxs Qarabağ əlili olan, emosiyalara uyaraq əmlakını məhv edən, bu zaman nəinki öz həyatını, digər vətəndaşları da təhlükəyə atan sürücünü normalda öz fikrindən daşındırmalı, bu mümkün olmadıqda isə yanğının söndürülməsinə çalışmalıydı. Lakin göstərilənləri etməməyə bu şəxsi görünür ki, polisə olan qərəzi və obyektivlik hissini itirməsi səbəb olub. Çünki E.Hüseynli polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə cari il avqustun 12-də Qax rayon məhkəməsi tərəfindən 15 gün müddətinə inzibati qaydada həbs edilib. Məhz bu olaydan sonra E.Hüseynli radikal müxalifətin təsirində olan KİV-lərə polis barədə şantaj xarakterli daha çox videomateriallar ötürməyə başlayıb ki, son olaya da məhz həmin kontekstdə yanaşmaq lazımdır”.

*   *   *15:25

Qaxda yaşayan Bəxtiyar adlı Qarabağ müharibəsi əlili rayon DYP rəisi Ayaz Məmmədovun hərəkətlərinə etiraz əlaməti olaraq öz avtomobilini nümayişkaranə tərzdə yandırıb. Bu barədə blogerlər tərəfindən sosial şəbəkələrdə yayımlanmış videoçarxda deyilir.

Şikayətçinin sözlərinə görə, o, dörd uşaq atasıdır və avtomobilində sərnişin daşımaqla onlara çörək pulu qazanıb. Bu ilin yayında düşdüyü kiçik yol qəzasılna görə Bəxtiyar 400 manat cərimə olunub.

Lakin sonradan hakim, ailənin acınacaqlı vəziyyətini nəzərə alaraq, cəriməni ictimai işlərlə əvəz edib. DYP rəisi Ayaz Məmmədov hakimin qərarını icra etməkdən imtina edib və taksi sürücüsündən 400 manat cəriməni ödəməsini tələb edib.

Nəhayət, sürücü öz avtomobilini yandırmaq qərarına gəlib. Bəxtiyar söz verib ki. yaxın 10 gündə problemi həll edilməsə, özünü də yandıracaq.

 

Xəbər 2768 dəfə oxunub






Oxşar xəbərlər

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Bank sektorunda təhlükəli qayıdış: Baş bankir nədən narahatdır?
Saxta "jurnalistlər" liseyə hücum çəkdi, direktoru söyüb “xox” gəldilər – Gəncədə KURYOZ OLAY
“Youtube müxalifəti”nin inqilab çağırışlarına Bakı müxalifətindən reaksiya
ABŞ həyəcan təbili çalır: İŞİD “dirilir”...
Qarabağ üçün Ankara-Moskva tandemi
Xoşqədəm Hidayətqızı sələmçi imiş - Məhkəmə QƏRARI
Açıqlama: “Yenidən güclü külək gözlənilir”
İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11705] initstartout [0.00011] initstartin [0.00060] calstart [0.00656] calend [0.00050] topnewsend [0.00312] rsssend [0.00000] ehgend [0.00485] tagsstart [0.00039] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10088]