Haqqın.az-da daha bir erməni jurnalist işə başladı - şok təqdimat

  • 12 dek 2016, 18:51

 

Eynulla Fətullayev Azərbaycanın internet media məkanında daha ciddi yeniliyə imza atıb. Haqqin.az saytının rəhbəri saytın yeni erməni əsilli əməkdaşını - Suzan Caginyan öz izləyici və oxucularına təqdim edib. 

Baş redaktor bu barədə sosial şəbəkədəki səhifəsində qeyd yazıb və şəkil paylaşıb. E.Fətullayev yazıb:

"Yeni əməkdaşımız, erməni jurnalisti Süzan Caginyan. Bu gündən Ermənistandakı vəziyyətin təhlilinə başlayacaq... Yeri gəlmişkən, vaxtilə Süzan Caginyan məşhur "Комсомольская правда" qəzetinin Ermənistan üzrə xüsusi müxbiri olub, Ermənistanın təhsil nazirinin qızıdır...".

Qeyd edək ki, bundan əvvəl Haqqin.az-da daha bir erməni əsilli jurnalist - Vaan Martirosyan da işləyirdi.
 
Oxşar xəbərlər