Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:11 - 16.11.2018  
DTX reket mətbuata qarşı əməliyyatları davam etdirəcək - sensasion
Tarix: 10-12-2016, 20:22 | Bölmə: ---

Azərbaycanın xüsusi xidmətinin xüsusi hədəfi ; 

Reket nəşrlərə pul və informasiyalar ötürən məmurların adları istintaqa məlumdur; 

Dövlət içində MTN-in qurduğu böyük kompromat şəbəkəsi çökdürülür; 

Reket mediaya "nəfəs vermiş” şəxslər barədə də sərt ölçü götürüləcək...
 


DTX reket mətbuata qarşı əməliyyatları davam etdirəcəkDövlət Təhlükəsizlik Xidmətinin (DTX) son günlər reket nəşrlər və sayt rəhbərlərinin həbsinə başlaması ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Eldar Mahmudovun işdən qovulmasından 1 il sonraya təsadüf edən bu həbslər ləğv olunmuş MTN şəbəkəsinin mediada "kökünün” qazınması hesab olunur. "Yeni Müsavat”a mötəbər qaynaqlardan məlum olub ki, proses, o cümlədən də reket jurnalistlərin ifşası və həbsi davam etdiriləcək.
Xəbər verildiyi kimi, "Bizim dövr” qəzetinin (həm də eyniadlı saytın) rəhbəri Surxay Əliyev, "Gündəlik Bakı” qəzetinin (həm də eyni adlı saytın) baş redaktoru Habil Vəliyev xüsusi əməliyyat zamanı saxlanılıb. DTX-nin yaydığı rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparmaqla şantajda, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb etməkdə, eləcə də müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan "haqq” almaqda suçlanırlar. Məhkəmə artıq hər iki şəxs barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. 
DTX reket mətbuata qarşı əməliyyatları davam etdirəcəkMəlumatlara görə, bu şəxslərə əməllərinə dəstək vermiş ayrı-ayrı adamlar, o cümlədən şantajçı qadınlar da saxlanılıb. "MTN çetesi”nin ifşasından sonra bu quruma bağlı olan medianın da adı mətbuatda tez-tez hallanırdı. Onların fəaliyyətini hələ də davam etdirməsi bəzi suallar da yaratmışdı. İddia olunurdu ki, bu şəbəkə indi də başqa bir dövlət orqanının və ya ayrı-ayrı məmurların himayəsində fəaliyyət göstərə bilər. 

Bildirilir ki, DTX artıq bir neçə ay imiş ki, "MTN çetesi”nin "son qalaları”nı xüsusi nəzarətə alıbmış. Bu nəzarət təkcə bu medianın keçmiş bağlantılarını deyil, həm də indi hansı məmurların himayəsində olduğunu üzə çıxarmağa hesablanıbmış. Nəzarətdə olanları duyuq salmamaq üçün onlara hətta "meydan verilib” ki, bütün əlaqələrini ifşa edə bilsinlər. Bu, DTX-nin yaydığı məlumatdan da açıq görünür: "Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib”, deyə, məlumatda bildirilir. Aydındır ki, DTX-nin əlində bu cinayət əməllərini sübut edə biləcək videoçəkilişlər və əlavə sübutlar da var ki, ola bilsin yaxınlarda bu barədə geniş məlumat hazırlansın... 

DTX-nin həbsləri sübutlarla möhkəmləndirməsi üçün bir neçə ay gözləməsi əslində başadüşüləndir. Çünki media siyasi hakimiyyətin xaricin reaksiyalarına ən həssas nöqtəsidir. Bu cür həbslər bəzi hallarda Qərbdə "mətbuata hücum” kimi də qiymətləndirilir, hətta həbs olunanların adları hansısa yollarla beynəlxalq təşkilatların hesabatlarına salınır. DTX isə indi həm daxildə ictimai dəstəyi tam qazanaraq, həm də əsaslı sübutlarla bu həbslərə start verib və proses davamı olacaq. 

DTX reket mətbuata qarşı əməliyyatları davam etdirəcəkHəbs edilən şəbəkənin ayrı-ayrı məmurlarla bağlantıları barədə də şok bilgilər var. Bildirilir ki, DTX bu qrupu himayə edənləri, o cümlədən şantaja uyaraq, reket jurnalistlərə xərac ödəyən yüksək rütbəli məmurları da ifşa edib. Sonuncular - reket jurnalistlərə boyun əyərək, onlara müntəzəm para ödəyənlər onda suçlanır ki, niyə onlar dövlətin hansısa vəzifələrini təmsil etdikləri halda hüquq-mühafizə orqanlarına müraciət etmədən, bu cür nəşrlərin böyüməsinə xidmət edən bir əmələ - onlara xərac verməyə yol veriblər? 

Reket nəşrlərə bir sıra dövlət adamları, iş sektoruna və vətəndaşlara dair məlumat servis edən bir sıra vəzifəli məmurlar da deşifrə olunub. Onlar indi DTX-nin əsas hədəfləridir. Bu məmurlardan güclü "informasiya dəstəyi” alanlar ayrı-ayrı şəxsləri məhz bu yolla şantaj ediblər. Onların "media təmsilçiləri” ilə haralarda görüşdükləri, necə təlimatlandırıldıqları, eləcə də necə maliyyələşdirdikləri də müəyyən edilib. Məlumatda deyilir ki, bu əlaqələr əsasən həmin "patron”ların sürücüləri vasitəsilə qurulub, bəzi hallarda isə birbaşa təmaslar olub. 
Reket şəbəkənin əsasən qadınların vasitəçiliyi ilə şantajla məşğul olmaqla küllimiqdarda para qazandıqları da üzə çıxıb. Bu işdə də onları həm lazımi texniki vasitələrlə, həm də qadınlarla, "görüş yerləri” ilə təmin edərək, himayədarlıq edənlər var və onlar da istintaqa məlumdur. İstisna deyil ki, intim videolar da məhz himayəçilərinin çoxsaylı restoran və ya gizli mənzillərində qeydə alınıb. Bu cür asan qazanc sayəsində reket "media təmsilçiləri” himayəçilərindən pis yaşamayıblar-bahalı maşınlar alıb, dəbdəbəli ofislərdə oturublar.

Azpolitika.az saytı yazır ki, bu şəbəkənin MTN-çi himayədarları ilə birlikdə öz qurbanlarından aldığı məbləğlər çox vaxt 6 rəqəmlə ifadə olunan məbləğlər olurdu.

DTX-nin ifşa etdiyi şəbəkəyə bağlılığı olan məmurların, vəzifəli şəxslərin siyahısının artıq lazımi instansiyalara təqdim olunduğu da gələn məlumatlar sırasındadır. Bildirilir ki, reket mediaya "nəfəs vermiş” şəxslər barədə də sərt ölçü götürüləcək. Qeyd edək ki, DTX-nin əməliyyatı təkcə hüquq müstəvisində uğurlu əməliyyat deyil, həm də medianın təmizlənməsi işində yaxşı bir xidmətdir.(musavat.com)

Xəbər 2073 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
Sarkisyan Qarabağdan danışdı
Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetindədir
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!
Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində olub
Ötən ay Ukraynadan Azərbaycana 13 min tona yaxın şəkər ixrac edilib
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib
ADP sədri müxalifətin uğursuzluqlarından yazdı
Milli Məclisdə gərgin büdcə müzakirələri
“İran Suriyada Türkiyə üçün təhlükədir” – ABŞ
Dollar bugünə məzənnəsi
“Qəbələ”nin məşqçisi qəzada həlak oldu - Foto
Filmə 1,5 milyon ayıran nazirə möhtəşəm – Müraciət
Libermanın şok istefa QƏRARI
Prezident ilk dəfə KTMT-də baş verənlərdən danışdı
Terrrorçu PKK-YPG əlaqələrini ifşa etdi
İlham Əliyev Fələstin liderini təbrik edib
“Bu millət hər şeyə hazırdır, təki nəsə qopara bilsin” - Deputatdan aşağılayıcı çıxış
Bakı meri DYP rəisinin qanunsuz tikilisini dayandırdı
QUBADA AVTOXULİQAN GƏNCLƏR SAXLANILDI
Əli Məsimli: “Azərbaycanda milli gəlir ədalətlə bölünmür”
"Dağlıq Qarabağ Azərbaycan torpağıdır" - Ukraynalı araşdırmaçı ilə MÜSAHİBƏ
Bakıda çörək almağa gedən uşaq itkin düşüb - FOTO
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Bakılı İsraildə seçkilərdə qalib gəldi və mer oldu
Fərəc Quliyev təltif olundu - Zakir Həsənova TƏŞƏKKÜR yazdı
Sabahın hava proqnozu açıqlanıb
Daşkəsəndə yanğın zamanı ölən uşaqlar...- FOTOLAR
Arif Rəhimzadə hökumətdən pul istəmədi
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb
Azərbaycan və Ermənistan XİN nazirlərinin görüşünün təşkili BARƏDƏ
"Lopeteqiyə haqsızlıq edildi" - "Real"ın futbolçusu
Sərxoş aktrisa oteldən qovuldu - FOTO
Bakıda 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Samuxda elektrik yarımstansiyasında PARTLAYIŞ
Kəmaləddin Heydərovun "Ağ ev"i boşaldılır — FOTOLAR
Mübariz Mənsimov yazdı, şəhid anasına hörmətsizlik edən cəzalandırıldı
“Medianın iqtisadi durumu problemsiz deyil” - Əflatun Amaşovdan təklif
"Hansısa qüvvə onların media ilə bağlı təklifinin Prezidentə çatmasını istəmir" - DEPUTAT
Nazir dedi: "Pensiyalar artırılacaq"
Ermənistan XİN: “KTMT daxilində problemlər var”
Sabaha – yağış gözlənilir
Rusiyanın Ermənistandakı hərbi bazasında dava olub
Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı – Məhkəmə işi
Maşını xarab oldu, cərimələndi
Azərbaycanda bu məhsullar bahalaşıb – SİYAHI
Bakıda məcburi köçkünlərin binasında yanğın – Fotolar
Röya Ayxan hamiləlik FOTOSUNU YAYDI
Həbsdə olan iş adamının bəraət tələbi rədd edildi
Azərbaycanda 1,3 milyard manat məhv edilib
Azərbaycanlı xanım Ukraynada polis rəisidir - FOTO
GÜNDƏM: - Milli Məclis büdcə müzakirələrinə başladı
Yeni qaz sayğacları gətirilib: fərqli
Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı
Trampdan dünyaya pis nümunə
Qriplə bağlı rəsmi AÇIQLAMA
FTX azərbaycanlı jurnalisti casusluqda ittiham edir - KİV
Erməni təxribatı davam edir
MÜJDƏ: Büdcəmiz 3 milyard böyüdü: maaşlar artır, tibbi sığorta gəlir...

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14980] initstartout [0.00016] initstartin [0.00084] calstart [0.01047] calend [0.00063] topnewsend [0.00451] rsssend [0.00000] ehgend [0.00828] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12419]