“Reket” baş redaktor belə həbs olundu-VİDEO

  • 08 dek 2016, 21:00

Xəbər verildiyi kimi, dekabrın 7-də axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində "Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev saxlanılıb. H.Vəliyev "Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində yerləşən ofisindən aparılıb.

"Reket jurnalist şəbəkəsi”nin əsas fiqurlarından biri olan H.Vəliyevin saxlanmasının videogörüntüləri yayılıb. Kadrlardan belə görünür ki, DTX-nın 4 əməkdaşı "Gündəlik Bakı”nın ofisinə yaxınlaşır, qapı döyülür, bir qədər sonra isə Habil Vəliyevlə birlikdə ordan ayrılırlar. Yəni həbs heç də MTN sayağı – "qara maskalı”ların iştirakı ilə, qapı sındırılaraq və sanki təhlükəli bir terrorçu zərərsizləşdirilir görüntüsü yaradılaraq yox, sivil qaydada həyata keçirilir.

Demokratik.Az həmin görüntüləri təqdim edir:

 

Oxşar xəbərlər