Demokratik TV
Xəbər lenti
Demokratik.Az » MHA-dan bu şəxslərə məsuliyyət təklifi
MHA-dan bu şəxslərə məsuliyyət təklifi
- 05 dek 2016, 19:46
Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün verilən nəzarət markalarını qəsdən məhv edən, saxtalaşdıran, qeyri-qanuni yolla hazırlayan, istifadə edən və ya satan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
MHA-nın Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən "Report”a verilən məlumata görə, həmin əməllərə görə İnzibati Xətalar Məcəlləsinin 413-cü və Cinayət Məcəlləsinin 205-2-ci maddələrində cərimələr və müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə ilə cəzalar nəzərdə tutulub: "Nazirlər Kabinetinin 9 iyun 2014-cü il tarixli 191№-li qərarı ilə təsdiq edilmiş "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına tətbiq edilən nəzarət markası bu malların satışa çıxarılmasından və ya yayılmasından əvvəl hüquq sahibləri və hüquqları əldə etmiş fiziki və hüquqi şəxslər tərəfindən yapışdırılır”.
Qeyd edək ki, nəzarət markalarının tətbiqi əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaq. Artıq Təhsil Nazirliyinin müvafiq icazəsi əsasında dərsliklərin satış üçün əlavə nüsxələrinin çapına icazə almış bir sıra nəşriyyatların, o cümlədən "Şərq-Qərb” ASC, "Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, "Radius”MMC, "Aspoliqraf LTD” MMC və "Altun-Kitab nəşriyyatı”ının müraciətləri əsasında onlara Müəllif Hüquqları Agentliyi tərəfindən nəzarət markalarının verilməsi təmin olunub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda spirtli içkilər satışdan çıxarıldı
Prezident bunu qadağan etdi
Fazil Məmmədov:"İmkan var...
Azərbaycanda "İnsan hüquqları aylığı" keçiriləcək
Vergi Məcəlləsi dəyişdirildi - Yeniliklər başlanır - Fərman
Müsadirə edilmiş əmlaklar bu ailələrə veriləcək
İlham Əliyev yeni qanunu təsdiqlədi - Fərman
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti