Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:29 - 21.05.2019  
Bakıda öldürülən vəhhabi ilə bağlı yeni məlumatlar - Emin Cami kimdir?
Tarix: 5-12-2016, 10:53 | Bölmə: ---

2009-cu il yanvarın 14-də həbs edilən E.Cami "Abdulla” ləqəbli Azər Misirxanovun dəstə üzvü kimi 8 il həbsdə yatıb; Caminin təhlükəli əməlləri haqda məlumat olduğu halda niyə o, əhalinin kütləvi toplaşdığı məkana getməzdən əvvəl zərərsizləşdirilməyib? 

 


Xəbər verildiyi kimi, dekabrın 3-də  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsində Cami Emin Əzizağa oğlu Bakı ətrafındakı ictimai yerlərdən birində öldürülüb. Məlumatda bildirilir ki, E.Caminin  saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

1978-ci il təvəllüdlü E.Cami  2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunubmuş.  

Bakıda öldürülən vəhhabi ilə bağlı yeni məlumatlar - Emin Cami kimdir?ədə radikal dindarlara qarşı əməliyyatlar 2008-ci ilin avqust ayının 17-də "Əbu Bəkir” məsciddə  baş vermiş  terror aktından sonra  başlayıb. Xatırladaq ki, məscidə atılmış əl qumbarası nəticəsində iki nəfər ölmüş, bir neçə nəfər yaralanmışdı. Bundan sonra MTN  bir sıra  səs-küylü əməliyyatlar keçirdi.

Bunlardan ən yaddaqalanı "Meşə qardaşları” adlı silahlı birləşməni zərərsizləşdirməsidir. "Əbu Bəkr” məscidinin partladılmasında şübhəli bilinən əsas adam, "Meşə qardaşları” silahlı birləşməsinin başçısı, Azərbaycan vətəndaşı İlqar Mollaçiyevin sentyabrın 7-də Dağıstanda öldürülməsindən sonra da Azərbaycanda həbslər davam etdi.  2009-cu il yanvarın 14-də xüsusi plan əsasında keçirilmiş antiterror tədbirləri nəticəsində sıralarında Emin Caminin də olduğu  31 nəfərdən ibarət dəstə ələ keçdi.  2008-ci ildən təşkilatlanan  və "Abdulla” ləqəbi ilə tanınan  Azər Misirxanovun rəhbərlik etdiyi dəstənin beynəlxalq terrorçu şəbəkə ilə əlaqəsi olduğu iddia edilirdi.  

Bildirilirdi ki, Azər Misirxanovun dəstəsi  Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən "Bakı-Novorossiysk” neft boru kəmərini partlatmağı planlaşdırıbmış. Dəstə üzvlərinin məhkəməsi  başlamamış, 2009-cu ilin dekabr ayının 10-da "Abdulla” ləqəbli  Azər Misirxanovun  Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən əməliyyat zamanı öldürüldüyü xəbəri yayıldı.

E.Caminin də ittiham olunduğu məhkəmə prosesi 2010-cu ilin yanvarında başladı. Prosesə əvvəl bu cür ittihamlarla keçirilən məhkəmədə hakim olan Əflatun Qasımov sədrlik etsə də, sonradan bilinməyən səbəbdən hakim dəyişdi. Sözügedən məhkəmədə vəkillərdən imtina edən üç nəfərdən biri də məhz Emin Cami idi. 

Image result for Azər Misirxanov

Bu dəfə Azər Orucovun sədrliyi ilə başlayan prosesdə  dəstə üzvlərinə Cinayət Məcəlləsinin 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli  sürüldü. 

İttiham olunanlardan biri Asif Əmikişili o vaxt belə bir açıqlama vermişdi ki, indi onu xatırlatmaq yerinə düşür. O, müxtəlif kütləvi informasiya vasitələrində onlar barəsində  radikal  vəhhabi olmaları  barədə yazılanlara sərt etiraz bildirmişdi: "Bəzi KİV-lərdə bizi radikal vəhhabi adlandırırlar, ancaq bu, belə deyil. Biz vəhhabi deyilik”.  

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfərin məhkəmə prosesi 2010-cu ilin 18 iyununda yekunlaşdı. 

Məhkəmənin hökmü ilə Emin Cami 8 il, Asif Əmikişili, Rəşid Mustafayev 15 il, Emil Şıxəliyev 14 il , Mahir Allahverdiyev, Firdovsi Quliyev 13 il, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərovun 12 il, İbadət Alazov, Teymur Axundov 11 il, Kamran İlyasov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskarın 10 il, Ceyhun Əliyev, Zeynal Əkbərov, Mahir Abdullayev 9 il, Mehdi Kərimov, Tural Həsənov, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayevin 7 il, Ramil Fərzəliyev, Namiq Məmmədov 6 il, Elçin Canağayev 5 il, Vüqar Abdullayev, Arif İbrahimov, Fuad Mövsümov, Rəşad Mahmudov 4 il, Bəxtiyar Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edildi.

DTX-nın rəsmi məlumatda bildirilir ki, E.Cami bu ilin əvvəlində azadlığa buraxılıb. Qanunvericiliyin tələbinə görə, məhkumluq  müddəti həbs günündən hesablandığı üçün E.Cami məhkəmənin hökmündən sonra 6 il həbsxanada cəza çəkib. Terrorçuluqda adı keçənlər adətən, məhkəmə hökmündən sonra Qobustan həbsxanasına köçürülürlər. E.Caminin hansı həbsxanada cəza çəkdiyi mediaya məlum deyil. 

Amma DTX-nın məlumatından bu nəticəyə gəlmək olar ki, o, azadlığa çıxdıqdan sonra yenidən qeyri-qanuni fəaliyyətlə məşğul olub.  Məlumatda deyilir ki, E.Caminin  ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr olub. Güman ki, həbsdən çıxdıqdan sonra o, yenə də izlənib.

Onun zərərsizləşdirilməsinə gəlincə, burada cavabını gözləyən suallar var ki, yəqin, bunlara yaxın günlərdə rəsmi aydınlıq gələcək. Doğrudur, DTX böyük bir təhlükəni dəf edib və terroristi insanlarımıza xətər yetirmədən zərərsizləşdirib və qətliamın qarşısını alıb.  

Lakin burada ortaya çıxan əsas sual budur ki, E.Caminin təhlükəli əməlləri haqda məlumat olduğu halda, niyə o, əhalinin kütləvi toplaşdığı məkana getməzdən əvvəl zərərsizləşdirilməyib. Yada salaq ki,  oktyabrın 26-da DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevi də  Bakı-İstanbul avtobusunda üzərində olan əl qumbarasını partlatmaq istərkən zərərsizləşdirmişdi.

Mövzuya qayıdacağıq. 

"YM”
Xəbər 2100 dəfə oxunub






Oxşar xəbərlər

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20228] initstartout [0.00016] initstartin [0.00062] calstart [0.00888] calend [0.00046] topnewsend [0.00340] rsssend [0.00000] ehgend [0.00572] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18248]