Vergilər nazirinə yeni müşavir təyinatı

  • 05 dek 2016, 10:18
Vergilər naziri Fazil Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib.
 
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, bununla da vergilər nazirinin müşavirlərinin sayı 10-a çatıb. Qeyd edək ki, M.Rəfiyev buna qədər nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi olub.
 
Yeri gəlmişkən, Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazir müşaviri Ələkbər Məmmədova tapşırılıb.
Oxşar xəbərlər