Dollar iki manat olacaq

  • 29 noy 2016, 20:06

Dünyada dollar bahalaşması davam edir. Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 30-na rəsmi məzənnəsini 1,7318 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, məzənnənin 0,42% yüksəlməsi deməkdir. Bu rəqəm rəsmi açıqlamalara dayansa da qara bazarda dolların 2 azn-a yaxın olması (1,90) faktı da mövcuddur. Ötən gün ölkənin "qara bazar"ında canlanma müşahidə olunub və saytımıza danışan mənbənin dediyinə görə, növbəti həftə dolların alış-satışı qara bazarda 2 azn-ı keçəcək.

Qeyd edək ki, noyabrın 29-da rəsmi məzənnə 1,7246 AZN/USD olub.

 

Demokratik.Az

 

Oxşar xəbərlər