Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:36 - 22.01.2020  
Eynulla Fətullayev və Cəmil Həsənli dartışması-Azər Həsrət yazır
Tarix: 20-11-2016, 22:35 | Bölmə: ---

Eynulla Fətullayevlə Cəmil Həsənlinin media üzərindən bir-birilərinə ünvanladıqlarını oxuyuram. Sərtdir, hətta bəzən çərçivədən də çıxır. Amma, açığı, maraqlıdır da. Ümumiyyətlə isə Eynullanın yazı üslubu və zənginliyi onun oxunmasını təmin edir. Professor Cəmil Həsənli də, əslində, intellektual imkanları zəif olan birisi deyil. Di gəl ki, Eynulla buna şübhəylə yanaşır və şübhəsini yetərincə ağlabatan şəkildə arqumentləşdirir. Bununla işim yox.

 

Eynulla Fətullayev və Cəmil Həsənli dartışması-Azər Həsrət yazırMənim üçün maraqlı olan başqa bir nəsnədir: Eynullanın həbsdə olduğu günlərdə Cəmil Həsənli və mənsub olduğu düşərgənin yanaşmaları. Onlar Eynullanı hay-küylə, çığıra-çığıra müdafiə edirdilər. Siyasi məhbus elan etmişdilər. Xaricdən 77-ci dərəcəli bir katib də gəlsə, ona Eynulla haqqında gen-bol danışırdılar. Əllərinin altında olan media, həmin medianın irili-xırdalı yazarları da "siyasi məhbus Eynulla Fətullayev”in hesabına əməlli-başlı qonorar qazanmaq imkanı əldə etmişdilər.

 

Yaxşı bazar idi. Hələ onlardan bəziləri bu Eynullanın məhbəsdə yatmasının hesabına beynəlxalq mükafatlar filan da aldılar. Özü də yaxşı rəqəmlərlə ifadə edilən valyuta şəklində. Bununla da işim yox.

 

Həmin günlərdə, aylarda, illərdə bu cəbhənin mirzələri həm də məni gözdən qoymurdular. Ki, bəs sən demə, mən Eynullanın həbsdə qalmasının tərəfdarıyam, onu müdafiə etmək vəzifə borcum olsa da bunu etmirəm. Hətta deyirdilər ki, "rejimə satılmısan”, ona görə də Eynullanın həbsinə göz yumursan. Mənsə onlara izah etməyə çalışırdım ki, Eynullanın doğrudan da həbsdən çıxmasını istəyirsinizsə, ondan siyasi dəllallıq məqsədilə istifadə etmirsinizsə, qaraqışqırıq salmaqdan əl çəkin, başqa və hakimiyyəti yumşaldacaq metodlara üz tutun. Yəni dialoq aparın, danışın, inandırın ki, Eynulla tezliklə azad edilsin. Bunlar məni dinləmirdilər. Öz bildiklərini edirdilər. Özü də elə sərt şəkildə ki, heç bir hakimiyyət bu cür hay-küyçülərlə masa arxasında oturub danışıq aparmazdı. Necə ki, Azərbaycan hakimiyyəti aparmırdı. Mən də bu qənaətə gəlirdim ki, bunların məqsədi Eynullanın həbsdən çıxması deyil, əksinə, onun daha uzun müddətə orda qalmasıdır ki, hesabına yaxşı qrantlar əldə edib çoxlu səfərlərə getsinlər.

 

Dediyim kimi, məni ittiham edirdilər ki, Eynullanı müdafiə etmirəm. O vaxt da bu məsələyə aydınlıq gətirmişdim, indi də təkrar qayıtmağı zəruri bilirəm.

 

Mən, əslində, Eynullanı xoşlayan birisi olmamışam və indi də ona rəğbətim olduğunu deyə bilmərəm. Özü də son yazılarından birində yazdığı kimi, o, sosial-demokratdır. Mənsə milliyyətçi. Aramızdakı ideoloji uçurum əbədi davam edəcək yəqin ki. Amma bununla belə heç vaxt bir-birimizə qarşı sayğısızlıq etməmişik, etmərik də. Yəni ideolojimiz fərqli olsa da mübahisə və müzakirələrimizi ədəb çərçivəsində aparacaq qədər iradə sahibiyik. Hər ikimiz özü də.

 

Eynulla həbsdəykən onu müdafiə etmədiyimə gəlincə, bu, əlbəttə ki, əsassız bir ittiham idi. Mən, bəzi dostlarımızla birlikdə onun həbsdən azad edilməsi üçün mümkün olan hər şeyi etmişəm. Sadəcə olaraq etdiklərimi(zi) ictimailəşdirmədən, yersiz hay-küyə səbəb olmadan. Yadımdadır, hətta bir dəfə Beynəlxalq Mətbuat İnstitutunun qurultaylarından birində təklif edilmişdi ki, Eynullanın məsələsilə bağlı komissiya yaradılsın ki, sonda bəyanat qəbul edilsin. Şəxsən özüm bu təşəbbüsə qarşı çıxdım. Özü də izah etdim ki, bu metod onun həbs müddətini azaltmayacaq. Əsaslandırmalarım ağlabatan olduğu üçün mənimlə razılaşmışdılar. Ona görə də məsələ müzakirə olunsa da bəyanat mətni hazırlanmadı və bir müddət sonra Eynulla azad edildi.

 

Yəni o hay-küyçülərdən fərqli olaraq biz də hər zaman əlimizdən gələni etmişik ki, Azərbaycanın qara siyahılara düşməsinə səbəb olan adların problemini həll edək.

 

İndi yenidən Cəmil Həsənlinin və cəbhəsinin Eynulla Fətullayevə yönəlik iradlarına qayıdıram. Bu adamlar niyə mübahisə və müzakirələri ədəb çərçivəsində apara bilmirlər? Olmazmı ki, Eynulla ilə, eyni zamanda sizi tənqid edən, mövqeyinizi bəyənməyən başqalarıyla bağlı müzakirələri ədəb çərçivəsində aparasınız? Axı bunu etməyinizə mane olan nədir? Ümumiyyətlə isə, hakimiyyət iddiasında olan siyasi qüvvə və onun önündə gedənlər necə olur ki, ən adi əxlaq çərçivəsini belə gözləyə bilmir? Doğrudanmı bu çox çətindir?

 

Məncə, çətin olmasın gərək. Bəlkə başqa səbəb var? Var, əlbəttə! Sadəcə bu adamların nə böyüklərinin, nə də kiçiklərinin elementar ədəb çərçivəsində müzakirə aparmaq qabiliyyəti yoxdur!

 

Belə olan halda isə hakimiyyət iddialarını bir kənara atmalıdır bunlar! Hakimiyyətdə olmadan özlərinə yönəlik tənqidlərə bu qədər dözümsüz yanaşanların hakimiyyət sahibi olacaqları təqdirdə hansı dözümsüzlük sərgiləyəcəklərini təsəvvür belə etmək istəməzdim. Elə bu səbəbdən də onların ümumiyyətlə hakimiyyətdə olmasını da təsəvvür etmək keçmir könlümdən.

Azər Həsrət

 

Xəbər 3572 dəfə oxunub






Oxşar xəbərlər

İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31663] initstartout [0.00020] initstartin [0.00077] calstart [0.00912] calend [0.00051] topnewsend [0.00419] rsssend [0.00000] ehgend [0.01686] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28425]