Barda silahlı atışma: 2 ölü, 2 yaralı

  • 20 noy 2016, 16:19

Demokratik.Az Türkiyə mətbuatına istinadən bildirir ki, İzmirin Karşıkaya şəhərindəki bir barda silahlı insident baş verib, nəticədə 2 nəfər ölüb, biri polis məmuru olmaqla iki nəfər isə ağır yaralanıb.

Hadisə Camal Gürsəl küçəsindəki barda olub. İki qrup arasında yaranan silahlı münaqişədə 33 yaşlı polis məmuru Mustafa İnal, barın sahibi Gülay Kılıç, 37 yaşlı Sinəm Alptuğ ağır yaralanıb. Xəlil Qaya adlı şəxs yerindəcə həyatını itirib.

Məlumata əsasən, barda olanlar olay anında qaçmağa başlayıb. Dərhal polisə və tibbi yardıma xəbər verilib. Hadisə yerinə gələn çoxsaylı polis və tibbi personalın müdaxiləsilə yaralılar özəl xəstəxanalara aparılıb. Yaralılardan olan bar sahibi Günay Kılıç həkimlərin səylərinə rəğmən dünyasını dəyişib. Yaralı polisi ziyarət etmək üçün xəstəxananın önündə polis izdihamı yaşanıb.

Hadisənin niyə baş verdiyi, kimlərin atəş açdığı araşdırılır.

                       

 

Demokratik.Az

 

 

Oxşar xəbərlər