Tramp Bəşər Əsədə qarşı deyil

  • 12 noy 2016, 18:42
ABŞ Suriyada Bəşər Əsədə qarşı yox, İŞİD-ə qarşı mübarizə aparacaq.

Bunu ABŞ prezidenti seçilən Donald Tramp "Vol Strit Jurnal” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ müxalifləri dəstəkləsə də, onlar haqda dürüst informasiyaya sahib deyil:

"Bəzi insanlarla müqayisədə mənim Suriyadakı vəziyyətlə bağlı mövqeyim fərqlidir. Suriya da İŞİD-lə mübarizə aparır, biz də. Hazırda Rusiya Suriya ilə sıx ittifaqdadır. Bizim Suriyaya yaxın olan İranla münasibətlərimiz normallaşıb. Suriyada üsyançıları dəstəkləsək də, onlar barədə dürüst anlayışımız yoxdur. Əsədin hədəfdə olması Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər”.

Oxşar xəbərlər