Saakaşviliyə yeni yüksək vəzifə təklif olundu

  • 11 noy 2016, 19:26
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona hökumətə və "Pyotr Poroşenkonun Bloku"na rəhbərlik təklif edib.

Modern.az bildirir ki, bu haqda Ukraynanın "Vesti" nəşri "Korrespondent"in jurnal versiyasına istinadən məlumat yayıb.
"Poroşenko mənə açıq şəkildə baş nazir postunu və onun partiyasının lideri, eləcə də digər şeylər təklif edib. Mən baş nazir oldum, sonra? Mən qaçmalıydım və hanısa Qonçarenkodan (deputat Aleksey Qonçarenko) mənim qanunuma səs verməyi xahiş etməliydim? Belə Qonçarenko isə orada 400 ədəddir", - Saakaşvili söyləyib.

Poroşenko noyabrın 9-da Saakaşvilini Odessa vilayəti dövlət administrasiyasının sədri vəzifəsindən azad edib.

Saakaşvili vəzifəsindən istefa verdiyini iki gün əvvəl bəyan edib. Onun sözlərinə görə, Ukraynanın hər yerində korrupsiya hökmranlıq edirsə, bir regionda vəsiyyəti düzəltmək çətindir.
Oxşar xəbərlər