Saakaşvili istefa verib

  • 09 noy 2016, 12:11
Demokratik.Az bildirir ki, dünən Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vəzifəsindən istefa verib.

 

 

Bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin özü söyləyib. O, istefasına əsas səbəb kimi Ukrayna Prezidenti Pyotr Poroşenkonun ona verdiyi sözləri yerinə yetirməməsini göstərib:


"Məni Ukraynada olduğu qədər heç yerdə aldatmayıblar. Prezidentin söz verib, yerinə yetirmədiyi vədlərdən artıq bezmişəm. Belə olan halda mən istefa verib, yeni mübarizə mərhələsini başlatmaq istəyirəm”.(axar.az)

Qeyd edək ki, Saakaşvilinin tərəfdarı olan Odessa polisinin rəhbəri Georgi Lortkipanidze də istefaya getmişdi.

 

Demokratik.Az

Oxşar xəbərlər