Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:19 - 21.06.2019  
“Əmlak kral”ı Vidadi Zeynalovun imperiyası
Tarix: 9-11-2016, 10:48 | Bölmə: ---

"Rabitə çetesi”nin məhkəməsi başlayan üzvlərinin əmlaklarına həbs qoyulub; sabiq aparat rəhbərinin isə Türkiyə daxil olmaqla, bəzi Avropa ölkələrində də əmlakları olduğu deyilir 
 
“Əmlak kral”ı Vidadi Zeynalovun imperiyasıBu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun və digərlərinin məhkəməsi başlayacaq. Məhkəməyə göndərilən 517 cildlik cinayət işində 205 şahid qeydə alınıb. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin nümayəndəsi, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var. Zərərçəkmiş kimi Maliyyə Nazirliyi də tanınıb. Məhkəmə  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə  keçiriləcək. 

Demokratik.Az musavat.com-a istinadən xəbər verir  ki, məhkəmə ərəfəsində məlum olub ki, "rabitə çetesi”nin  əmlaklarına həbs qoyulub. "Report”un məlumatına görə, bu sırada nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynov, "Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazəli Məmmədov, "Rabitə Mülki Tikinti” MMC-lərinin keçmiş direktoru Emin Məmmədov və "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun adı var.

Məhkəmə onların milyonlarla manat dəyəri olan əmlak və mülklərinə həbs qoyub. Belə ki, məhkəmə B.Hüseynovun 50-yə yaxın əmlakı, "əmlak  kralı” V.Zeynalovun isə 60-dan çox mülkü,  Bakı şəhəri, Xocalı prospektində yerləşən 1,5 milyon manat dəyəri olan mənzili, Nərimanov rayonu ərazisində yerləşən 10 milyon manatdan artıq qiyməti olan evi və paytaxtın müxtəlif ərazilərində olan 8 mənzili barəsində həbs qərarı çıxarıb.

Bundan başqa, V.Zeynalovun həyat yoldaşı, oğlu, qızı və onun bacısının adına Qəbələ, Yevlax, İsmayıllı, Lənkəran, Sabirabad və Şamaxı rayonlarında hektarlarla torpaq sahələri, Bakı və digər rayonlarda 10-dan çox obyektlər mövcuddur. Məhkəmə həmin torpaq sahələri, obyektləri və Şamaxı rayonu ərazisində yerləşən 2 milyon manat dəyəri olan hotelinə həbs qoyub. 

10 il ərzində yüksək post tutan  V.Zeynalov əslində sabiq nazir Əli Abbasovun deyil, keçmiş təhsil naziri  Misir Mərdanovun kadrıdır. Belə ki, Əli Abbasov İqtisad Universitetinin rektoru olanda prorektor vəzifəsinə Vidadi Zeynalovu məhz o zaman təhsil naziri işləyən M.Mərdanov təyin edib. Məlumata görə, bu təyinata qədər V.Zeynalov  işsiz olub.  V.Zeynalov  Ə.Abbasov nazir təyin edildikdən sonra aparat rəhbəri olub və   10 il ərzində göründüyü kimi, özünə böyük bir imperiya qurub. İddia olunur ki, indi həbs qoyulan əmlaklar bunların yalnız bir qismidir.  

Vidadi Zeynalovun milyonlarla manat vəsaitini xaricə saxladığına dair də iddialar var. Məlumatlara görə, keçmiş aparat rəhbəri rabitə sahəsində yığdığı pulların bir qismini xaricdəki bank hesablarına yatırıb. Bir qisminə isə Türkiyə də daxil olmaqla, bəzi Avropa ölkələrində əmlak alıb. 

Vidadi Zeynalovun və hazırda  məhkəməsini gözləyən digər vəzifəlilərin dövlətə vurduqları zərəri ödəməkdən imtina etdikləri barədə məlumatlar var. Qeyd edək ki, Vidadi Zeynalov 2015-ci ilin noyabrında saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
 
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
 
RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinir.
 
Demokratik.Az
Xəbər 2627 dəfə oxunub






Oxşar xəbərlər

“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21942] initstartout [0.00019] initstartin [0.00098] calstart [0.01238] calend [0.00072] topnewsend [0.00516] rsssend [0.00000] ehgend [0.00851] tagsstart [0.00079] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.19066]