Prokuror qaynını güllələyən şəxsə cəza istədi

  • 08 noy 2016, 10:59
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib. Məhkəmə son söz üçün təqsirləndirilən şəxsə vaxt verib. Proses noyabrın 10-da davam etdiriləcək.

Hadisə bu il yanvarın 9-da Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini Mehman Fəsədov qaynı Elnar Canatovun işlədiyi mağazanın qarşısında münaqişə zəminində ona tüfəngdən atəş açıb. E.Canatova sifət nahiyəsindən xəsarət yetirdikdən sonra hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb. M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Oxşar xəbərlər