Parlamentin yeni spikeri məlum oldu - Kobaxidze

  • 06 noy 2016, 20:53

Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn «Gürcü arzusu» partiyası parlament rəhbərliyinə namizədini müəyyənləşdirib.

Partiyanın spikerliyə namizədi İrakl Kobaxidzedir. Kobaxidze «Gürcü arzusu»nda icraçı katib vəzifəsini tutur.
Spikerin müavinləri postuna Tamara Çuqoşvili (birinci müavin), Georgi Volski, Zviada Dzidziquri və İlya Nakaşidzenin namizədliyi irəli sürülüb.

Parlamentdəki çoxluğun lideri Arçil Talakvadze olacaq. Hakim partiya parlament komitələrinin rəhbərlərini də müəyyənləşdirib.

Demokratik.Az

Oxşar xəbərlər