Erməni yazıçı yenə Bakıdadır

  • 06 noy 2016, 17:32

Erməni publisisti, yazıçısı və ictimai xadimi Vahe Avetyan Bakıdadır.


Demokratik.Az xəbər verir ki, bu barədə məlumatı Musavat.com-a Bakı Hava Limanında Vahe Avetyanı görən mənbə çatdırıb. 

 

Eyni zamanda, Vahe Avetyanın özü də Bakıya səfər etdiyini təsdiqləyib. 

 

O, bu barədə özünün Feysbuk səhifəsində yazıb: "Bakıdan salamlar".

 

Xatırladaq ki, bir müddət öncə heç kəsə xəbər etmədən, sadəcə, özünün dediyi kimi, "təyyarəyə minərək” Bakıya gələn Avetyan hava limanı ərazisindən ölkəyə buraxılmamışdı. Azərbaycan sərhədçiləri onun geri göndərilməsi barədə qərar vermişdilər. Avetyan özü də Heydər Əliyev adına beynəlxalq hava limanından paylaşdığı statusunda ona yaxşı baxdıqlarını, çaya-kofeyə qonaq edildiyini, ancaq ölkəyə buraxılmadığını açıqlamışdı.

 


Vahe Avetyan tanınmış yazıçı, publisist, ictimai-siyasi xadimdir, Ermənistan rəhbərliyinin apardığı siyasətə etiraz etdiyi üçün siyasi mühacir ömrü yaşamaqdadır. Avetyan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bu müharibəni Ermənistanı qızışdıran qüvvələr tərəfindən ortaya atıldığını daim bildirir və heç bir ərazi iddiası irəli sürmədən Azərbaycanla mehriban yaşamağın tərəfdarı kimi tanınır.

Oxşar xəbərlər