26 yaşlı qadını maşın vurub

  • 06 noy 2016, 16:36

Gəncə şəhərində 26 yaşlı piyadanı avtomobil vurub.

Demokratik.Az bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

 

Hadisə Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Adıgözəlova Aygül Qulu qızı yolu keçmək istəyərkən baş verib. Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Demokratik.Az 

Oxşar xəbərlər