Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:43 - 21.07.2019  
Həbsdən şöbəyə getdi, polis yenidən həbs etdi
Tarix: 3-11-2016, 22:16 | Bölmə: ---

Qorxmaz Abbasov: "Günahnsız olaraq  3 il yarım həbsdə yatmışam, indi də qorxumdan rayona gedə bilmirəm”

Orxan Mansurzadə: "Onun barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb”

Həbsdən şöbəyə getdi, polis yenidən həbs etdiAbbasov Qorxmaz Tofiq oğlu polis tərəfindən təzyiqə məruz qaldığını və əsassız yerə həbs edildiyini bildirir. Bizimyol.info saytına müraciət edən vətəndaşın sözlərinə görə, əvvəllər məhkum həyatı yaşayıb. "2012-ci ildə azad edildikdən sonra qeydiyyata düşmək üçün Ağdaş rayon Polis Şöbəsinə getdim. Orada məni qeydiyyata almaqdan imtina edtdikləri üçün cinayət-axtarış bölməsinin rəisi ilə aramda mübahisə düşdü. Bundan sonra məni şöbənin müvəqqəti saxlama yerinə saldılar. 14 saatdan sonra isə məhkəməyə apararaq mənə 5 sutka inzibati həbs cəzası verdilər. İnzibati həbs müddəti qurtardıqdan sonra isə şəxsiyyət vəsiqəmi təqdim etdilər və bildirdilər ki, mənə qarşı Cinayət Məcəlləsinin 221.2.2 ( xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham verilir və cinayət işi açılır. Barəmdə 4 ay müddətində həbs-qətimkan tədbiri seçildi. Ağdaş RPŞ-nin istintaq qrupu tərəfindən aparılan istintaq başa çatdıqdan sonra cinayət işi məhkəməyə göndərildi. 1 fevral 2013-cü ildə Ağdaş Rayon Məhkəməsi barəmdə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə bağlı hökm çıxardı. Hökmdən verdiyim şikayəti Şəki Apellyasiya Məhkəməsi təmin etməsə də, Ali Məhkəmə kassasiya şikayətini təmin edərək, işi yenidən apellyasiya instansiyasına göndərdi. Şəki Apellyasiya Məhkəməsi isə hökmü ləğv edərək, işə baxılması üçün yenidən Ağdaş Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə isə işə bir daha baxaraq, yenidən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb. Yenidən yuxarı instansiya məhkəmələrinə şikayətlər nəticəsində iş ibtidai araşdırmaya rəhbərlik edən prokurorluğa göndərilib. İstintaq orqanı isə eyni maddə ilə ittiham verərək işi yenidən məhkəmə göndərdi”.

Q.Abbasov bildirir ki, Ağdaş Rayon Məhkəməsində əvvəl işə baxıldığı üçün məhkəməyə verdiyi etiraz Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib və iş baxılması üşün Göyçay Rayon Məhkəməsinə göndərilib. 

"Göyçay Rayon Məhkəməsinin 2 dekabr 2015-ci il tarixli hökmü ilə cinayət hadisəsi olmadığı əsas götürülərək, mənə elan olunmuş ittiham üzrə bəraət verilmişdir. Həmçinin mənim işimlə bağlı olan polislər barədə araşdırma aparılması üçün məhkəmə tərəfindən xüsusi qərar çıxarılmışdır. Bu qərardan prokurorun verdiyi apellyasiya və kassasiya şikayətləri isə yuxarı instansyalar tərəfindən təmin edilməyib”.

Vətəndaşın bildirdiyinə görə, o, günahsız olaraq, 5 sutka inzibati həbs, 4 ay həbs qətimkan müddəti və 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası alsa da, bu işdə günahkar olanlar cəzalandırılmayıb, əksinə bəzilərinin rütbəsi və vəzifəsi artırılıb. "Həmçinin özümə qarşı təhlükə hiss edirəm. Ağdaşa gedib-gələ bilmirəm, hətta mobil telefon da işlədə bilmirəm. Başqa adamlar vasitəsilə mənə hədə-qorxu gəlirlər» - deyə Q.Abbasov bildirir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Bizimyol.info saytının bu şikayətlə bağlı sorğusuna cavab verib. DİN rəsmisinin sözlərinə görə Q.Abbasovun özünə təhlükə hiss etməsi və buna görə Ağdaş rayonuna gedə bilməməsi barədə dedikləri əsasssızdır. "Çünki həmin şəxs istədiyi zaman rayona gedib-gəlir. Qorxmaz Abbasovun bu cür məlumatlarla KİV-ə müraciət etməsi özünü sığortalama cəhdidir. Çünki polis tərəfindən onunla maraqlanırlar. Bunun səbəbi isə həmin şəxsin barəsində olan yeni cinayət işi ilə bağlıdır. Belə ki, özünün də etiraf etdiyi kimi əvvəllər məhkumluq həyatı yaşayan bu şəxs həmin proseslər gedən zaman da bekar dayanmayıb, müxtəlif şəxslərdən vasitəçilik etməklə, onların etibardan sui-istifadə etmək yolu ilə onlara məxsus külli-miqdarda əmlakını mənimsəyən hərəkətlərə yol verib. Onun bu hərəkətləri ilə bağlı Ağdaş rayon Nehrəxəlil kənd sakini Hamil Hacıyev rayon prokurorluğuna müraciət edib. Müraciətində qeyd edib ki, Q.Abbasov onun həbsdə olan oğlu Pünhanı azad etdirəcəyi vədi ilə ondan 1700 manat pul alıb. Təbii ki, dediyini etmədiyinə görə vətəndaş dəfələrlə ondan pulunu geri tələb etsə də, qaytarmadığına görə prokurorluğa müraciət edib. Prokurorluqda ötən ayın əvvəllərində Q.Abbasov barəsində Cinayət Məcəlləsinin 178.1 (dələdizluq) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Ağdaş RPŞ-nin istintaq qrupuna həvalə olunub. Hazırda həmin işlə bağlı istintaq hərəkətləri davam etdirilir, Hamil Hacıyev və bu məsələ ilə bağlı digər şəxslər dindirilib. H.Hacıyev bu iş üzrə zərərçəkmiş şəxs qismində də tanınınb. İndi dindirilmə növbəsi Qorxmaz Abbasovda olsa da, o, istintaq orqanının rəsmi çağırışlarına məhəl qoymur və müxtəlif  bəhanələrlə ifadə verməkdən yayınır. Törətdiyi əməllərə görə cavab verməli olduğunu bildiyinə görə də, KİV-ə guya onu təhlükə gözləməsi barədə məlumatlar verməklə, təhdid olunması barədə rəy yaratmağa çalışır” - deyə Orxan Mansurzadə bildirdi.

Xəbər 2764 dəfə oxunub






Oxşar xəbərlər

Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12051] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00696] calend [0.00039] topnewsend [0.00266] rsssend [0.00000] ehgend [0.01728] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09207]