"Qızıl Məryəm"i öldürən qızına və sevgilisinə hökm oxundu- 47 il

  • 01 noy 2016, 17:58
"Qızıl Məryəm" ləqəbli anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onunla birlikdə həbs edilən xalası oğlu və dostunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Ardınca təqsirləndirilən şəxslər son söz deyiblər.

Daha sonra təqsirləndirilən G.Hüseynov 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, dövlət ittihamçısı Günel Hüseynovaya 19 il, Ceyhun Əsgərova 20 il, Nicat Eyvazova isə 10 il cəza istəmişdi.

Xatırladaq ki, hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

İ.Muradov
Musavat.com
Oxşar xəbərlər