ABŞ İraq ordusunu vurdu: 4 ölü, 9 yaralı

  • 29 okt 2016, 13:26
ABŞ təyyarələri yanlışlıqla İraq ordusunu hədəfə alıb.
 
Axar.az xəbər verir ki, bu barədə İraq ordusunun mayoru Məzahim Əhmədi Anadolu agentliyinə məlumat verib.
 
Hadisə Mosulun 12 kilometr şimalında yerləşən Tel Keyf qəsəbəsində baş verib.
 
Nəticədə İraq ordusunun 4 hərbçisi ölüb, 9 nəfər isə yaralanıb.
 
Xatırladaq ki, rəsmi Bağdad Mosul əməliyyatlarının müvəqqəti dayandırıldığını açıqlayıb.
Oxşar xəbərlər