Azərbaycan Güləş Federasiyasında maaş problemi qalxıb

  • 25 okt 2016, 12:31
Azərbaycan Güləş Federasiyasında maaş problemləri yaranıb.

Bizimyol.info xəbər verir ki, Güləş Federasiyasının adlarının çəkilməsini istəməyən idmançılarının saytımıza verdiyi xəbərə görə federasiya 7 aydan çoxdur ki, maaşları vermir. Saytımıza müraciət edən federasiyayanın üzvləri bildirir ki,maaşları verilənlər Avropa oyunlarının qalibləri, Avropa və Dünya çempionları olan məşhur idmançılardır.Qalanlarına isə maaş verilmir. Onlara da maaşlar ona görə verilir ki, federasiya daxilində səs-küy yaranmasın.Əmək haqları verilməyən sərbəst və yunan roma güləşçilərinin verilməyən 7 aylıq maaşlarının isə ümumiyyətlə verilməyəcəyi, onların maaşlarının təzədən sıfırdan başlayaraq ödəniləcəyi bildirilib. Buna isə idmançılar etiraz etsə də, onlara bundan artıq köməklik edilməyəcəyi bildirilib.Nəticədə federasiyadan aldıqları maaşlarla dolanan, eyni zamanda məşqlərdə iştirak etmək üçün gələn idmançılar artıq federasiyanın təlim məşqlərinə də qatılmırlar. İdmançılara sıfırdan başlanaraq verilməsi vəd edilən maaşlar da verilməyib.

Məsələ ilə bağlı federasiya rəsmiləri ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verən olmadı.
 
Demokratik.Az
Oxşar xəbərlər